Axtarış...

Paşinyanla Qarabağ klanı arasında gərginlik artır - Separatçılar ilk dəfə Ermənistanda dövlət tədbirlərinə qatılmayıb

Paşinyanla Qarabağ klanı arasında gərginlik artır - Separatçılar ilk dəfə Ermənistanda dövlət tədbirlərinə qatılmayıb

Ermənistanın hazırkı rəhbərliyi ilə Qarabağ klanı arasında münasibətlərin gərgin olduğunu sübut edən daha bir hadisə baş verib.

ONA-nın məlumatına görə, “Joxovurd” qəzeti yazıb ki, Dağlıq Qarabağdakı separatçı rejimin "rəhbərliyindən" heç kəs Ermənistanda lik respublikanın 101 illiyinə həsr olunmuş tədbirlərə qatılmayıb.

Bildirilir ki, Sardarapatda keçirilən tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyan, prezident Armen Sarkisyan, bütün ermənilərin katolikosu II Qaregin iştirak edib.

“Dağlıq Qarabağdan mərasimlərə heç kimin qatılmaması dərin düşünməyə əsas verir. Çünki bu hal ilk dəfədir ki, baş verir”, - deyə qəzet Qarabağ klanı ilə N. Paşinyan arasında münasibətlərin gərginliyinə işarə edib.

Dağlıq Qarabağdakı qondarma separatçı rejimin başçısı Bako Saakyanın "mətbuat katibi" David Babayan isə ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağa səfərini bəhanə gətirərək tədbirlərə qatılmadıqlarını deyib. Lakin o, dəvətin gəlib-gəlmədiyinə münasibət bildirməyib.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın 20 ilə yaxın Ermənistanda hakimiyyətdə olmuş Qarabağ klanı ilə münasibətləri son günlər daha da kəskinləşib. Tərəflərin bir-birinin əleyhinə addımlarının aktiv fazaya keçdiyinə dair məlumatlar yayılır.


Daha çox xəbər

Şərh yaz