Axtarış...

Yaponiyanın Baş naziri vasitəçilik missiyası ilə İrana səfər edə bilər

Yaponiyanın Baş naziri vasitəçilik missiyası ilə İrana səfər edə bilər

Yaponiyanın Baş naziri Sindzo Abe bu ilin iyun ayında rəsmi Vaşinqton və Tehran arasındakı əlaqələri normallaşdırmaq məqsədi ilə mümkün vasitəçilik missiyası ilə İrana səfər edə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, səfər barədə yekun qərar ABŞ Prezidenti Donald Trampın mayın 25-29-da Yaponiyaya edəcəyi səfərdən sonra veriləcək.

Xatırladaq ki, mayın 16-da S.Abe Tokioda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə danışıqlar aparıb. Yaponiyalı Baş nazir mümkün vasitəçilik missiyası üçün həm Vaşinqton, həm də Tehranla yaxşı münasibətlərinin olmasından istifadə etmək niyyətindədir.

Qeyd edək ki, Yaponiya hökumətinin başçısı sonuncu dəfə İrana 1978-ci ildə səfər edib.



Şərh yaz