Axtarış...

Universitetlərə imtahansız qəbul: Şərtlər açıqlandı

Universitetlərə imtahansız qəbul: Şərtlər açıqlandı

Kollec məzunlarının ali məktəblərə imtahansız qəbulu ilə bağlı qərar 2019-2020-ci il qəbul prosesində tətbiq olunacaq.

Cebhe.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev 20 may 2019-cu il tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı bugünkü mətbuat konfransında çıxışı zamanı bildirib. Nazirlik rəsmisi qeyd edib ki, yeni qərar orta ixtisas təhsili müəssisələrinə bakalavr qəbulu haqqında qanuna uyğunlaşdırılıb:

“Bu qərar təhsildə fasiləsizliyi təmin etmək məqsədilə qəbul edilib. Kollec məzunları ali məktəblərə imtahansız qəbul olunacaqlar. Subbakalavrlar ali təhsil müəssisələrinin bakalav səviyyəsinə qəbul olunarkən həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər”. Onun sözlərinə görə, yeni qərar Dövlət İmtahan Mərkəzi ilə nazirlik arasında razılaşdırma əsasında həyata keçiriləcək. Hətta əvvəlki imtahanların da məzunları bu qərardan yararlanacaq. Sadəcə olaraq, müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi və təhsil haqqında sənədi tələb olunacaq. Kollec məzunlarına minimum keçid balı veriləcək. Minimum keçid balı 200-250 bal arasında dəyişir.


Cebhe.info


Daha çox xəbər

Şərh yaz