Axtarış...

İrəvanda avtomobil çaya düşüb, polis zabiti ölüb, bir nəfər yaralanıb

İrəvanda avtomobil çaya düşüb, polis zabiti ölüb, bir nəfər yaralanıb

Ermənistanın paytaxtı Yerevan şəhərində “BMW” markalı avtomobilin Davidaşen körpüsünün altında Razdan çayına düşməsi nəticəsində polis əməkdaşı ölüb, bir nəfər də yaralanıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, xilasedicilər avtomobilin sürücüsü və sərnişinini yaralı vəziyyətdə çaydan çıxarıblar.

Ancaq 1989-cu ildə anadan olmuş A.Vardanyan adlı sürücü xəstəxanada ölüb. Onun Yerevan Şəhər Polis İdarəsi Maştosk rayon bölməsinin cinayət axtarışı şöbəsində baş əməliyyat müvəkkili işləyib.

Yaralı barədə məlumat verilməyib.



Şərh yaz