Axtarış...

"28634 nəfər şagirddən heç kim maksimum bal toplaya bilməyib" - Ekspert

"28634 nəfər şagirddən heç kim maksimum bal toplaya bilməyib" - Ekspert

"11-ci sinif şagirdləri üçün 2019-cu il apelin 14-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlandı. İmtahanda iştirak etmiş 28634 nəfər şagirddən heç kim maksimum bal toplaya bilməyib".

Open.az xəbər veri ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, aperiln 7-də keçirilən buraxılış imtahanında iştirak etmiş 27660 nəfər şagirddən 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb: "Aprelin 7-də olan imtahan Bakı şəhərini, 14 apreldə olan isə bölgələri əhatə edirdi. Nəticə göstərir ki, regionlarda şagirdlər yeni imtahan modelinə tam şəkildə hazır deyillər və yeni test tapşırığı modellərini mənimsəməyiblər. Ümumilikdə 7 və 14 apreldə keçirilən imtahanda iştirak edən 56294 şagirddən 2 nəfəri maksimum nəticə göstərib ki, buda çox aşağı nəticədir. Buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100, ümumi yekun bal isə 300-dür".


Daha çox xəbər

Şərh yaz