Axtarış...

Hesablama Palatası: Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun parlament qarşısında hesabatlılığı təmin olunmalıdır

Hesablama Palatası: Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun parlament qarşısında hesabatlılığı təmin olunmalıdır

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun layihələri müvafiq qanunlarla təsdiq edilsə də, bu fondların icrası ilə bağlı parlament qarşısında hesabatlılıq təmin olunmayıb.

“Report” xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

V.Gülməmmədovun sözlərinə görə, Palata dövlət vəsaitinin istifadəsi üzrə nəzarətin tamlığının təmin edilməsi, hesabatlılıq və şəffaflığın artırılması məqsədi ilə qanunvericiliyə bu sahədə də müvafiq dəyişikliklərin edilməsini təklif edir.


Daha çox xəbər

Şərh yaz