Axtarış...

Keçən il qlobal elektrik enerjisinin istehsalı üzrə xərclər azalıb

Keçən il qlobal elektrik enerjisinin istehsalı üzrə xərclər azalıb

Ötən il qlobal miqyasda elektrik enerjisinin istehsalı üzrə sərmayələr əvvəlki illə müqayisədə 1,8 faiz azalaraq 478 milyard dollar olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “Dünya Enerji İnvestisiyaları 2019” adlı hesabatında deyilir.

Bildirilir ki, bu vəsaitin 304 milyard dolları bərpaolunan enerji mənbələrinə yönəldilib. 127 milyard dollar fosil yanacaq mənbələrindən elektrik enerjisi istehsalına, 47 milyard dollar isə atom enerjisinə xərclənib.

Elektrik şəbəkəsi və depolama sahəsinə investisiyalar da 2018-ci ildə əvvəlki ilə görə 0,33 azalaraq 297 milyard dollar təşkil edib. Hesabat ilində enerji səmərəliliyi üzrə xərclər isə 0,41 artaraq 240 milyard dollara çatıb.

Bərpaolunan enerji mənbələrinin istilik və nəqliyyatda istifadəsini artırmaq üçün 25 milyard dollar sərf edilib.


Daha çox xəbər

Şərh yaz