Axtarış...

"Ölkədə inflyasiya müxalifətin iddia etdiyi dərəcədə deyil" - Baş nazirin müavini

"Ölkədə inflyasiya müxalifətin iddia etdiyi dərəcədə deyil" - Baş nazirin müavini

Azərbaycanda inflyasiya birrəqəmli səviyyədədir və ölkədə inflyasiya müxalifətin iddia etdiyi dərəcədə deyil. ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, yaz və yay mövsümünün başlanması ilə əlaqədar olaraq ərzaq sahəsində qiymətlərin aşağı düşməsi müşahidə olunur və bu bundan sonra da davam edəcək.

Azərbaycana idxalın artması məsələsinə toxunan baş nazirin müavini bildirib ki, əgər ölkəyə idxal artırsa, deməli ölkədə insanların alıcılıq qabiliyyəti artıb.



Şərh yaz