Azərbaycanda psixoloqların maaşları artırılacaq

Azərbaycanda psixoloqların maaşları artırılacaq

“Azərbaycanda psixoloqların maaşlarının artırılması üçün diaqnostik qiymətləndirmə keçiriləcək” .

“Report” xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov 15 may Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda psixoloqların yetişdirilməsi istiqamətində əlavə tədbirlər planlar hazırlanır: “Məktəblərdə psixoloqlardan istifadə etmək lazımdır. Məhz bunun vasitəsilə neqativ halların qarşısı alına bilər. Ümumiyyətlə, bütün psixoloqlar öz peşələrinə biganə deyil, səmimi yanaşmalıdırlar. Azərbaycanda məktəblərdə istedadlı psixoloqlara ehtiyac var”.
Oxşar xəbərlər
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət