Azərbaycanda yeni nazir təyin edildi

Azərbaycanda yeni nazir təyin edildi

Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.

"Ölkə.Az"ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də bununla bağlı fərman imzalayıb.

Fərmanla Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.

Qeyd edək ki, T.Əliyev bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.
Oxşar xəbərlər
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət