“Türk axını” ilə qaz nəqli dekabrın sonlarına planlaşdırılır

“Türk axını” ilə qaz nəqli dekabrın sonlarına planlaşdırılır

"Gazprom” şirkəti "Türk axını” ilə ilk qaz nəqlinin dekabrın son ongünlüyündə başlanılmasını planlaşdırır.
Millitv.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədr müavini Oleq Aksyutin bildirib.
"Türk axını ilə qaz nəqlinin dekabrın 31-dək başlamasını gözləyirik. Boru kəmərinin dəniz hissəsi hazırdır. Rusiya tərəfində quru hissə tam hazırdır, Türkiyə tərəfdə isə hazırlıq təxminən 73,5% təşkil edir. Hesab edirik ki, noyabr ayında kəmər tam hazır olacaq”,- o əlavə edib.
Qeyd edək ki, "Türk axını” layihəsi Qara dənizin dibi ilə iki qoldan ibarət boru kəmərinin inşasını nəzərdə tutur. Kəmərin qollarının hər biri ilə ildə 15,75 mlrd. kubmetr qaz nəqli planlaşdırılır. Boru xəttinin qollarından biri ilə nəql olunan qaz Türkiyə bazarına, digəri ilə nəql olunan qaz isə Avropa ölkələrinə çatdırılacaq. İkinci qolun həyata keçirilməsi Avropanın Rusiya qazına marağından və bu barədə zəmanətindən asılı olacaq.(report)
Oxşar xəbərlər
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət