"Nə qədər ki, Pep buradadır, "Liverpul" çempion olmayacaq"

"Nə qədər ki, Pep buradadır, "Liverpul" çempion olmayacaq"

"Liverpul"un sabiq yarımmüdafiəçisi Pol İns "Mançester Siti" və keçmiş komandası arasındakı çermpionluq mübarizəsindən danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, veteran futbolçu yalnız Pep Qvardiolanın “şəhərlilər”dən gedəcəyi halda mersisaydlıların çempionluğunun mümkün olduğunu deyib:

"Əgər Pep getsə, "Liverpul" üçün çempionluq şansı yaranacaq. Pis ehtimalı düşünmək istəmirəm. Çünki Klopp möhtəşəm iş gördü. Onlara çətinlik yarada bilərlər, amma məğlub edə biləcək gücdə olduqlarını düşünmürəm. "Mançester Siti"nin heyətində dünya səviyyəli futbolçular çıxış edir. "Liverpul" isə sadəcə bir neçə yeni transfer edə bilər".

Qeyd edək ki, "Mançester Siti" ötən gün "Brayton"a qalib gəlməklə, xalını 98-ə çatdırıb və ardıcıl 2-ci dəfə Qvardiolanın başçılığı altında Premyer Liqanın qalibi olub. "Liverpul" isə 97 xal toplayaraq, 2-ci yerlə kifayətlənib.
Oxşar xəbərlər
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət