Axtarış...

Türkmənbaşı baş nazirin müavinini cəzalandırdı

Türkmənbaşı baş nazirin müavinini cəzalandırdı

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov baş nazirin müavini Bahargül Abdıyevaya töhmət verib.
Bu haqda “Neytral Türkmənistan” məlumat yayıb.

Türkmənistanın hökumətyönümlü qəzetlərindən olan Neytralnı Türkmenistan-ın yazdığına görə, töhmət Abdıyevanın bir sıra məmurlarına işinə lazımı səviyyədə nəzarət etməməsi ilə əlaqədar verilib. Abdıyeva mədəniyyət və KİV-lə bağlı məsələlərə nəzarət edir.

Məlumata görə, qeyd olunan sahələrdə nizam-intizam səviyyəsinin aşağı düşməsi Berdiməhəmmədovun diqqətindən yayınmayıb.

Bu arada Dövlət nəşriyyat xidmətinin rəhbəri Akmurat Xudayberdiyevə isə sonuncu dəfə xəbərdar edilməklə şiddətli töhmət verilib. (Oxu.az)


Daha çox xəbər

Şərh yaz