Axtarış...

"Dedilər ki, Brilliant Dadaşova ermənilərdən pul, maşın alıb..." - Xalq artisti

"Dedilər ki, Brilliant Dadaşova ermənilərdən pul, maşın alıb..." - Xalq artisti

Xalq artisti Brilliant Dadaşova ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, ifaçı xanım Amerikada mükafat aldığı konsertdən danışıb.

"Məni Amerikaya dəvət etmişdilər. Zalın yarısından çoxu ermənilər idi. Tereza mənə dedi ki, qorxuram, səhnəyə çıxma, səni öldürə bilərlər. Mən isə dedim ki, ölmək ölməkdir. Mənim üçün ayıb olar ki, o boyda yol gəlim, səhnəyə çıxmayım. Və təşkilatçıya bildirdim ki, səhnədə erməni bayrağı olmayacaq. Səhnəyə çıxdım, mahnımı ifa etdim. Jürinin yarıdan çoxu ermənilər idi. Onlar məcbur olub bizim musiqiyə mükafat verdilər. Azərbaycana qayıdanda gördüm ki, qəzetlər yazıb ki, ermənilərdən pul, maşın, mükafat alıb. Adı Jannadır. Həmin insanları məhkəməyə verdim".




Şərh yaz