Axtarış...

Xalq artistlərinin ULU ÖNDƏRLƏ bağlı ÜRƏK SÖZLƏRİ

Xalq artistlərinin ULU ÖNDƏRLƏ bağlı ÜRƏK SÖZLƏRİ

Həyatımızın bütün sahələrində olduğu kimi, zəngin milli mədəniyyətimizin uğurlarında, yaradıcı insanların həyatında, milli-mənəvi dəyərlərimizin qorunmasında, inkişafında, Azərbaycanın mədəni imicinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin ölçüyə gəlməz dərəcədə böyük rolu və xidmətləri olub.

Təbiətcə musiqinin vurğunu olan, incə və həssas duyuma, musiqi zövqünə malik Heydər Əliyev, Azərbaycan və dünya mədəniyyətinin bədii nümunələrini həvəslə dinləyirdi. O, mədəniyyət xadimləri ilə dostluq edirdi. Ulu Öndəri həyat və fəaliyyəti dövründə mədəniyyətdən ayrı təsəvvür etmək qeyri-mümkün idi. O, musiqiyə dərindən bağlı şəxsiyyət kimi bu sənətə, onun yaradıcılarına, problemlərinə böyük diqqət yetirir, sənət adamlarına hörmət və ehtiramla yanaşıb, onların əməyini yüksək qiymətləndirirdi.

Redaktor.az-a açıqlama verən Xalq Artisti Arif Babayev bildirdi ki, Heydər Əliyev onu “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edib:

Xalq artistlərinin ULU ÖNDƏRLƏ bağlı ÜRƏK SÖZLƏRİ

“Mənim konsertlərimə gəlib, kulisə keçib, münasibətdə olub. Bütün repertuarımı əzbərdən bilirdi. “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenlərini verib. O insandan nə qədər desən danışmaq olar. Tarixə sığmaz. Onun zəkası, siyasəti, şəxsiyyəti bütün dünyaya bəllidir. Ona baxıb həsrətlə reaksiyasını gözləyirdik. Mədəniyyət xadimlərini ruh yüksəkliyi ilə qarşılayırdı, biz də onun kimi başçımızın olduğu üçün qürurlanırdıq. O insan daim yaşayıb, yaşayır və yaşayacaq”.

Heydər Əliyevin teatr və kino sahəsinə də diqqəti və marağı böyük idi. O, premyeralara qatılıb, aktyorlarla fikir mübadiləsi, müzakirələr aparıb onları yaradıcılıq uğurlarına səsləyirdi.

Redaktor.az-a danışan Xalq artisti Nürəddin Mehdixanlı dedi ki, yaradıcılığında Heydər Əliyevin böyük rolu olub:

Xalq artistlərinin ULU ÖNDƏRLƏ bağlı ÜRƏK SÖZLƏRİ

“Hər birimizin yaradıcılığında, talehində Ulu Öndərin böyük rolu var. “Xalq artisti”, “Əməkdar artist” “Prezident mükafatçısı” fəxri adını onun imzası ilə aldım. Tamaşalarımıza gəlib, səhnə arxasına keçərək, bizə dəyərli məsləhətlərini verib. Onun teatr sahəsində savadı və bilikləri böyük idi, dinləyəndə heyrətə gəlirdik. Bu gün, Azərbaycanın mədəniyyəti və incəsənəti inkişaf edirsə bu, birbaşa Ümummilli liderin təməli və təkanı ilə bağlıdır”.

Ulu Öndər milli mədəniyyətimizi, xalqımızın qiymətli sərvətlərini qoruyub, saxlamaq üçün bir çox əhəmiyyətli addımlar atıb. Neçə-neçə bəstəkarın, rəssamın, görkəmli muğam ustalarının, şairlərin yaradıcılıq gecələrinin, yubileylərin keçirilməsi ilə bağlı sərəncamları, mədəniyyətimizin həyatında önəmli rol oynayıb.

Xalq artisti Təranə Muradovanın da, Milli Lider ilə bağlı maraqlı və unudulmayan xatirələri olub:

Xalq artistlərinin ULU ÖNDƏRLƏ bağlı ÜRƏK SÖZLƏRİ

“Çox gözəl xatirələrim var. O, rəqsi, musiqini çox sevirdi. Bir dəfə dövlət tədbirlərin birində nazirə tapşırıq verdi ki, Kamera orkestrinin müşayəti ilə “Uzun dərə” rəqsi məhz mənim təqdimatımda hazırlansın. Bu, ifa bütün dünyanı gəzdi. İndi də, bu rəqsi oynuyanda daim onu xatırlayıram. 8 mart bayramında kulis arxasına yaxınlaşaraq mənə dedi ki, sən Azərbaycanın Karmenisən. Daha bir maraqlı xatirəsi ilə onun, bir neçə sənət adamı ilə birgə Strasburqda səfəri olub. Bizə fəxr ilə baxması, ən udunulmayan məqamlardan biridir. Çox sevinirəm ki, yaradıcılığımda onun böyük rolu olub”.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, yaşayacaq, inkişaf edəcək”.


Daha çox xəbər

Şərh yaz