Axtarış...

“Atasığorta”nın rəhbərliyi dəyişir

“Atasığorta”nın rəhbərliyi dəyişir

“Atasığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev vəzifəsini tərk edir.
M.Əliyevin fəaliyyətini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də maliyyə direktoru kimi davam etdirəcəyi bildirilir. Xatırladaq ki, o, 2012-ci ildən sığorta şirkətinə rəhbərlik edir.

“Atasığorta”nın yeni rəhbəri də sabah məlum olacaq. Bununla bağlı şirkətin səhmdarlarının növbədənkənar yığıncağının keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, “AtaHolding” MMC-yə daxildir. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

“Atasığorta” ötən ili 7 milyon manatdan artıq zərərlə başa vurub. Bir qədər əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası ona verilmiş lisenziyanın qüvvəsini müvəqqəti məhdudlaşdırmışdı. Report


Daha çox xəbər

Şərh yaz