Axtarış...

Zəngilanın icra başçısı yol üstündədir... - İDDİA

Zəngilanın icra başçısı yol üstündədir... - İDDİA
2018-ci ildə keçirilən prezident seçkilərindən sonra hökumətdə və idarəetmədə aparılan islahatlar fonunda bir neçə icra başçısı da vəzifəsindən azad edildi. Azad edilən icra başçılarının və digər məmurların yerinə əsasən gənc kadrlar gətirildi ki, bunu da ekspertlər müsbət qiymətləndirdilər.
Bu mövzuda Azerinfo.tv-yə məlumat verən mənbə bildirir ki, hələ təxminən 20-yə yaxın icra başçısının fəaliyyətindən doğan əsaslı şikayətlər Prezident Administrasiyası tərəfindən müxtəlif yollarla araşdırılıb və əmin olunub ki, artıq bir sıra yerli icra hakimiyyətlərinin başçıları şikayətlərlə bağlı yuxarının özünü də düzgün məlumatlandırmırlar.
Əhalinin narazı olduğu bir sıra icra başçısı gördüyünüz kimi vəzifəsini itirdi. Prezidentin sözügedən icra başçılarının vəzifədən azad olunmaları ilə bağlı sərəncamlarını ictimaiyyət də yüksək qiymətləndirdi.
Azərbaycanın işğal altında olan rayonlarının icra başçılarını bəlkə çoxları tanımır. Xüsusən də Zəngilan və Qubadlının icra başçısının kimliyi heç mətbuatın da diqqətində deyil. Daha doğrusu, onların hansı işlərlə məşğul olduqları maraq kəsb etmir.

Aldığımız məlumatlarta görə növbəti istefaya göndərilən məmur Zəngilanın icra başçısı olacaq. Hansı ki, son zamanlar vətəndaşları belə qəbul etməyə, dinləməyə vaxt tapmır.

Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra əhalisi əksər rayonlara yayılıb. Məcburi köçkün həyatı, yurd həsrəti çəkən bu insanların böyük əksəriyyəti sosial-iqtisadi problemlər içində boğulur.

Qeyd edək ki, Zəngilanın icra başçısı Ramiz Həsənov Qaçqınkomun keçmiş sədri Əli Həsənovun qardaşıdır. Onun bu vəzifəyə təyinat alması da elə qardaşının sayəsində mümkün olub.
Onun haqda mətbuatda yazılanlar isə bahalı içki həvəskarı olması ilə bağlıdır. Bir müddət əvvəl saytlarda əyləncəli məclisləri sevən Ramiz Həsənovun iştirak etdiyi tədbirlərdən birində çəkdirdiyi foto yayımlanıb.

Həmin fotoda Həsənovun hansısa məclisdə olduğu və qarşısında zəngin süfrə açıldığı diqqəti çəkir. Masanın üzərindəki bahalı içkilərin qiymətləri isə min manatlarla qiymətə malikdir. Məsələn, fotoda əks olunan «Henssy» konyakının qiyməti 750 avrodan başlayır. Və ya «Chivas» viskisinin qiyməti isə 150 manat dəyərindədir. «Regal» adlı visik isə 250-300 manat civarında satılır.

Bu qədər bahalı içkilərin qoyulduğu süfrənin sahibinin kimliyi bilinməsə də, başçının heç də ucuz içkiləri nuş etmədiyi aydın görünür.


Daha çox xəbər

Şərh yaz