Axtarış...

Bakı Humanitar Kollecinin tələbələri də mədəniyyət könüllüləri sırasına qoşulurlar

Bakı Humanitar Kollecinin tələbələri də mədəniyyət könüllüləri sırasına qoşulurlar

Mayın 7-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi könüllülük fəaliyyətinin sahəsini genişləndirmək məqsədilə Bakı Humanitar Kollecində “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi humanitar və mədəniyyət sahələrində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən ibarətdir.

Kollecin direktor müavini Afaq Əliyeva qeyd edib ki, tələbələr tərəfindən könüllülük fəaliyyəti böyük maraqla qarşılanır. Onlar kollecdə keçirilən milli və beynəlxalq bayramlar, sərgilər, təqdimatlar, eləcə də digər maarifləndirici tədbirlərdə fəal iştirak edirlər.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev öz çıxışında tələbələrin, digər fəal gənclərin də gələcəkdə könüllülük fəaliyyətinə qoşulmağa dəvət edib, Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əmin olduğunu bildirib.

“Könüllülük fəaliyyəti və gənclər” adlı təqdimatla çıxış edən mərkəzin sektor müdiri Ceyhun Əhmədov könüllülük fəaliyyəti, onun mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verib.

Mərkəzin şöbə müdiri Nurəddin Babazadə “Mədəniyyətdə könüllülük” adlı çıxışında humanitar və mədəniyyət sahələrində çalışan gəncləri könüllülük fəaliyyətinə qoşulmağa dəvət edib.


Daha çox xəbər

Şərh yaz