Axtarış...

DÖVLƏTİ DEFOLTA APARAN NƏDİR

ÖLKƏYƏ GƏLƏN VALYUTANIN QARŞISINI ALMAQ DÖVLƏTİ DEFOLTA APARIR



DÖVLƏTİ DEFOLTA APARAN NƏDİR
Azərbaycanda gedən ciddi iqtisadi islahatların arxasında ölkəni gələcəkdə gözləyən biləcək böhranlardan qorunmaq üçün ən düzgün addımlar durur.Qərbin bizə qarşı yeritdiyi devalvasiya siyasəti çox mətləblərin üstünü açdı. Gənc Azərbaycan respublikasını bu əməl silkələsə də, nəticə heç də acınacaqlı olmadı. Bunu edənlərin məqsədi isə, ölkəni siyasi böhran qarşısında qoymaq idi. Alınmadı. Bununla belə ölkənin qarşısına qeyri-neft sektorunun daha da inkişafı və bərpası məsələləri çıxdı ki, Prezidentin verdiyi Fərmanlar bu sahənin inkişafı ilə bağlı məsələlərin həlli üçün ən düzgün hüquqi aktlardır.


Neftsiz yaşamağı öyrənməliyik - Fərmanların faktiki mahiyyəti budur.

Gəlin açıq danışaq və səmimi olaq, çünki baş verən iqtisadi dəyişiklərin mahiyyətini xalqla araşdırmasaq və buna mane olan məmurları göstərməsək, ölkəmizin düşmənləri bunlardan məharətlə istifadə edib, sabitliyi demokratiya oyunbazlıqları ilə pozmaq üçün əllərinə kard-blanş verməli olacağıq.Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrinə çevirmək üçün ilk növbədə güclü maliyyə dəstəyinin olması vacibdir, bu isə təkcə daxilli imkanlardan istifadə etməklə deyil, ölkəyə xaricdən gələn investisiyalar hesabına və iqtisadi əlaqələrin düzgün qurulması hesabına əldə edə bilərik. Odur ki, ölkəmiz üçün ağır olsa da hər qəpiyini qorumaq və artırmaq missiyası düşür. Bütün bunlara mane olan nə varsa, aradan qaldırılmalıdır. Ölkənin özü-özünü saxlama mexanizmi üzə çıxarılmalıdır və işə düşməlidir. Həyata keçirilən hər hansı bir iqtisadi islahat bu mexanizmin tələblərinə cavab verməlidir.Ölkənin özünü saxlamaq mexanizminin prinsipləri həyata keçirilməsə, respublika defolta uğrayar və başqa ölkələrin satellitinə çevrilər. Dövlət idarəçiliyinin əsas prinsipi budur.

Ölkəni defolta aparan amillərdən biri - ölkəyə gələn valyutanın qabağını almaq və ölkədən valyuta çıxarmaqdır. Biz bu tezisin mahiyyətini açıqlamalıyıq, çünki ölkəmizi iqtisadı böhrana aparan amillərin səbəblərini ancaq bu tezisə arxalanaraq təhlil etmək mümkündür. Əlbəttə ki, konkret faktlara əsaslanaraq.Dünyanın sivil ölkələri idxal və ixrac arasında fərqi təhlil etməklə, iqtisadiyyatın əsas göstəriciləri və fərqlərini ortaya çıxarırlar. Bununla onun inkişaf nempini və yaxud geridə qaldığını müəyyən edirlər. İqtisadiyyatın isə əsas inkişaf göstəricilərindən biri ixracın idxaldan çox olmasıdır, yəni xaricdən gələn gəlir, xaricdə xərclənilən puldan çoxdur.İxracdan gələn gəlir idxal xərclərindən azdırsa, deməli, ölkə itirir və son nəticədə bu fərq aradan götürülməsə, ölkəni defolt gözləyir. Bu iqtisadi aksiomadır və ölkə əlindən gələni etməlidir ki, ixrac idxalı üstələsin.İlk növbədə çox asan bir aksiomadır. Bunu nəzərdə saxlamaqla və əməl etməklə, qarşıya çıxacaq iqtisadi problemlərin həllinə bu mövqedən yanaşmaq düzgün olardı.


İqtisadiyyatın aksioması sayılan bu prinsipin üzərində dövlətin iqtisadi siyasəti qurulmalıdır.

Əvvəllər iqtisadiyyatın inkişafı, əlbəttə ki, yeni istehsal sahələrinin açılması, zavod və fabriklərin sayının artırılması ilə ölçülürdüsə, indi bu sənaye sahələrinin istehsal etdiyi malların logistikası ilə ölçülür. Aydındır ki, yenicə meydana çıxmiş müəssisələrin mallarının xaricə çıxarılması məsələsi önəmli yer alır, çünki daha söhbət təkcə daxili bazardan deyil, o cümlədən, əsas məsələ xarici bazarın Azərbaycanda istehsal olunacaq mallara tələbatından gedir.Bundan əlavə, kənd təsərrüfatı məhsullarının xaricə çıxarılması da əsas məsələlərdən biridir. Çünki ən asan iqtisadi sxemlə işləyən və ölkəyə sözün həqiqi mənasına valyuta gətirən sahələrdən biridir.İqtisadi məsələlər arasında, idxalın həcminin azaldılması siyasəti dövlətin daha vacib prioritetlərindən olmalıdır. Gəlin indi Azərbaycanımıza bu mövqedən nəzər salaq.Hər şeydən əvvəl onu da qeyd etməliyik ki, statistika idarələrinin verdiyi məlumatların çoxunun düzgün olmadığını nəzərə almadan, ümumiləşdirilmiş şəkildə yüksələn və azalan göstəricilərə nəzər salmağımız bəs edir ki, konkret nəticələrə gələk. Nəticələr isə acınacaqlıdır-desək, yanılmarıq.
DÖVLƏTİ DEFOLTA APARAN NƏDİR
Elə götürək qeyri-neft sektorunun ixracdan gələn gəlirlərin idxaldan aşağı olması faktını. Burada neqativ tendensiyalar olduğunu göstərir. Bu göstərici ondan xəbər verir ki, neft məhsullarından başqa ölkəyə gəlir gətirən ciddi sahələrin payı çox azdır. Kənd təsərrüfatı məhsullarının isə konkret həcmini hesablayıb, logistikasını düzgün çıxartsaq görərik ki, ölkəyə bu sahədən gələn valyutanın həcmi 10 dəfə çox ola bilər. Səbəbi çox sadədir: Azərbaycan tərəfinin Rusiya, Ukrayna, Belarus, Qazaxıstana və s. ölkələrə çıxarılan məhsullara gömrük qadağaları qabağını alır. Daha doğrusu, süni maneələrin yaradılmasıdır. Bu süni maneələr yüz min tonla məhsullun satılmamasına və kəndlilərin həyətlərində qalıb, çürüməsinə səbəb olmuşdur.Ümum daxili Məhsulun artması kənd təsərrüfatının üstünə düşdüyü bir dövrdə bu süni qadağaların ölkə iqtisadiyyatına vurduğu zərərlər milyardlarla ölçülür. Ölkəyə valyuta axınının bir mənbəyi kimi Azərbaycan kənd təsərrüfatı mallarının Şimal ölkələrinə aparılmasının qarşısını alan məmurlar anlamırlar ki, ölkəni ciddi iqtisadi böhrana aparırlar. Məmurların dar düşüncəsi və onların özbaşınalıqlarının vurduqları zərər, ermənilərin vurduqlarından qat-qat çoxdur.Əgər daxili bazarın qorunması ilə bağlı düzgün qərarlar verilsə, xaricdən gələn məhsulların qarşısını alarıq, xaricə çıxarılan valyuta da ölkədə qalar. Azərbaycan üçün başqa iqtisadi bəla monopoliyadır. Monopolistlərin kəndə və kəndlilərə vurduqları zərər də az deyil. Məsələn: sitrus bitkiləri tökülüb yerdə xarab olduğu halda, monopolistlər bu cür saf məhsulları almayıb, xaricdən ucuzlu məhsulları, mənşəyi və tərkibi məlum olmayan məhsulları bazarlara tökürlər. Nəticədə, Cənub zonasının əhalisi müflisləşir. Əsl gömrük siyasətini bu məhsulların gətirilməsinə qadağa qoymaqla həyata keçirmək mümkündür. Düzgün gömrük siyasəti olmadığından, monopolistlər varlanırlar, ölkədən isə milyonlarla dollar çıxarılır.


Bunlar anlamırlar ki, valyutanın ölkədən çıxarılması ölkənin özünün müflisləşməsinə aparır?

Azərbaycanın gömrük komitəsi Azərbaycan məhsullarını qorumalıdır. Türkiyədən, İrandan və s. ölkələrdən Azərbaycanda istehsal olunan məhsulların gətirilməsinə qadağa qoyulmaması gülüncdür. Kəndin oyanmasını istəyiriksə, kəndlinin iqtisadi maraqlarını güdməliyik.Başqa bir iqtisadi məsələ: ölkəyə investisiyaların qoyulmasının qarşısını alan məmur özbaşınalıqları. Ölkəyə investisiyasının qoyulması hər şeydən əvvəl xaricdən gələnlərin hesabına olub və olacaq da. Gəlin bir daha statistikaya əsaslanaq. İnvestisiyaların azalması faktları da göz qabağındadır.


Xaricdən Azərbaycana üz tutam biznesmenlər “şapkanın” əlindən bura gəlmək istəmirlər.

Başqa bir misal. Respublikada tikintinin ardı arası görünmür. Buna tələbatın olması respublikadan kənarda çalışan azərbaycanlıların Bakıya gəlib ev almaları ilə bağlıdır. Xarici ölkələrdə, əsasən Rusiyada işləyən Azərbaycanlılar yeni tikilən binalarda mənzil almaq iqtidarındadırlar və bunun üçün Vətənə dönürdülər. Son illər Bakıya gələnlərin sayı birə-beş azalıb. Səbəbi onlara qarşı ağıla gəlməz münasibətdir. Səbəbin araşdırsaq görərik ki, təyyarədən düşən azərbaycanlı biznesmenləri şərləyib, DİN işçiləri “Stop əməliyyatı ” adıyla tutub aparırlar və pulların alıb buraxırlar.

AMAC-ın Moskva Ocağından və AMAC-ın Azərbaycanlı Rusiya iş adamları Ocağından aldığımız məlumata görə, Azərbaycana toya, nişana, yasa, xeyir işlərinə, yubileylərə, xəstə qohumlarına baş çəkməyə və yaxud dincəlməyə gələn azərbaycanlılara da “stop” qoyurlar. Bu məsələ kütləvi hal alıb. Bundan sonra deyin, geriyə qayıdandan sonra onlar bir daha Azərbaycana ayaq basacaqlar? Nəticədə, Azərbaycana qayıtmaq istəyənlər də qayıtmaq istəmirlər.

Bunun acı nəticəsini tezliklə tikinti sənayesinin dayanmasında görəcəyik. On minlərlə mənzil satılmamış qalacaq, çünki mənzil almaq üçün pul Rusiyadan və başqa ölkələrdə işləyən Azərbaycanlılardan gəlirdi.Məmurlar indiyə qədər anlamaq istəmirlər ki, onların bu əməlləri milyardların Azərbaycan büdcəsinə gəlməsinin qarşısını alır. Başqa bir maraqlı fakt. Rayon İcra hakimiyyətinin işçiləri, polisi və başqa strukturlar yeni qazanc ocaqları tapıblar.Rayondan Rusiyaya getmiş insanların siyahısını tuturlar, sonra onların harada işlədiklərini öyrənib, məzuniyyət vaxtı üz tuturlar Rusiyaya. Bu adamları tapıb, ailələrinin başlarına oyun açacaqları ilə qorxudaraq ,əllərindən pullarını alırlar.

Xarici biznesin təşkili və oradan gələn gəlirlərin qarşısı da, Azərbaycanın hava limanlarında alırlar. Vətəndən başqa ölkələrə biznes dalınca gedənlərə də min-bir bəhanə ilə ilişirlər. Bir şeyi də nəzərimizə çatdırmaq istərdik ki, bu biznesmenlərin Azərbaycanda açacaqları müəssisələr yüzlərlə Azərbaycanlıları işlə təmin etmələri bir yana, idxal yolu ilə Azərbaycana gətirilən malların qarşısını da alır, nəticədə ölkədən valyuta kənara çıxmır. Azərbaycan mallarının qorunması da vacib məsələlərdən biridir. Bununla bağlı heç nə edilmir. Məsələn: məmurlar öz maşınlarımızdan istifadə etmək əvəzinə, xaricdə istehsal olunmuş maşınlarda gəzirlər.Götürək DYP əməkdaşlarına yenicə paylanmış Mersedesləri. Onların maşınları yüz min dollardan bahadır. DYP bunun əvəzinə öz zavodlarımızda istehsal olunan maşınları alsaydı milyonlarla valyuta ölkəmizdə qalardı və yeni açılan avtomobil zavodları tam gücü ilə işləyərdi. DYP-in adi serjantının sürdüyü maşın, rayon polis idarəsinin rəisinin sürdüyü maşından 50 dəfə bahadır.

İdarəçiliyin düzgün qurulmaması, özbaşınalıqlar, israfçılığa gətirib çıxarır. Ölkədə bu özbaşınalıqları yaradan məmurların bəd əməllərinin qarşısı alınmasa, ölkə defoltla üzləşəcək.


(ARDI VAR)


AMAC - HƏRƏKATININ LİDERİ
TAHİR CƏFƏRLİ



MİLLİTV.az


Daha çox xəbər

Şərh yaz