Axtarış...

Paytaxtın 2 küçəsində rənglənmə işləri aparılacaq

Paytaxtın 2 küçəsində rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Yusif Səfərov və Üzeyir Hacıbəyli küçələrinin hər iki istiqamətində mayın 6-sı saat 22:00-dan mayın 7-si 6:00-a kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərdən bu vaxt ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.



Şərh yaz