Axtarış...

Pişiyin quyruğunu kəsdilər - Bakıda vəhşilik

Pişiyin quyruğunu kəsdilər - Bakıda vəhşilik

Bakıda pişik balasına qarşı vəhşilik törədilib.

AzNews.az xəbər verir ki, hadisə Bakının 158 saylı orta məktəbinin ətrafında qeydə alınıb.

Bu haqda sosial şəbəkə izləyicilərindən biri quyruğu kəsilən pişik balasının fotosunu paylaşıb. Fotodan görünür ki, qan içində olan pişik balasının kəsilən quyruğu da yanına qoyulub.

Sosial şəbəkə izləyiciləri pişiyə qarşı olan bu vəhşiliyi insanlığa sığmayan hərəkət adlandırıb və "belə insanlar cəzasız qalmamalıdır" deyə bildiriblər.



Şərh yaz