Axtarış...

"Dəfələrlə Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciətlər etmişəm..." - GİLEY

"Dəfələrlə Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciətlər etmişəm..." - GİLEY
Kəlbəcərdən məcburi köçkün olan Amil Abbasov redaksiyamıza müraciət edib. Deyir ki, 1993-cü ildə Kəlbəcərdən məcburi şəkildə çıxarkən ailəsi ilə birlikdə Ucar rayonu ərazisindəki meşə massivində məskunlaşmaq məcburiyyətində qalıblar.

“2016-cı ilə qədər ailəmi çobançılıqla dolandırdım. Yaşadığım meşəyə ən yaxın məktəb 6-7 km məsafədədir. Bu səbəbdən yaxşı təhsil ala bilmədim. Üstəlik, ailəmin böyüklüyü, ana-atamın himayəmdə olması da daha çox dolanışıq üçün çalışmağıma səbəb oldu. Övladlarım məktəb yaşına çatanda, yəni 2016-cı ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində məskunlaşmış qardaşımın yaşadığı 2 otaqlı evə yerləşmək məcburiyyətində qaldım. Bu günlərdə ağır şəraitdə yaşadığımdan, atamı müalicə etdirmək imkanım olmaması səbəbindən onu da itirdim. Dəfələrlə Kəlbəcər Rayon İcra Hakimiyyətinə “Qaçqınkom”a müraciətlər etmişəm. Bir daha mətbuat vasitəsi ilə müraciət edərək bizim ağır şəraitimizi nəzərə almalarını xahiş edirəm” – şikayətçi bildirir. \\musavat.com\\

"Dəfələrlə Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciətlər etmişəm..." - GİLEY
"Dəfələrlə Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciətlər etmişəm..." - GİLEY
"Dəfələrlə Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciətlər etmişəm..." - GİLEY


Daha çox xəbər

Şərh yaz