Axtarış...

Cəlilabad təhsilində nələr baş verir? - İDDİA

Cəlilabad təhsilində nələr baş verir? - İDDİA

Cəlilabadın təhsil şöbəsinin müdirinə rüşvət ittihamı səslənib. Bu dəfə ittihamın müəllifi sıradan biri deyil-filologia üzrə fəlsəfə doktoru, AYB üzvü, Cəlilabad rayonundakı Rauf Quliyev adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi rayonda və respublikada yetərincə tanınan yazıçı Bilal Alarlıdır. Bilal müəllim Cəlilabad rayon təhsilindəki özbaşınalığı, rüşvətin əndazədən çıxmasını özünün fb səhifəsində ictimailəşdirib.

Müəllif yazır: "Cəlilabad təhsil şöbə müdiri Qərənfil xanım, direktorlar bir ayda neçə dəfə və neçə manatdan pul yığmalıdır? Bizimki sayı itirib".
Xatırladaq ki, bu sayaq ittihamlar Cəlilabad Təhsil Şöbəsi ilə bağlı ilk deyil və belə görünür ki, son da olmayacaq. Cəlilabad rayon təhsilindəki "besperedel"lə bağlı dövrü mətbuatda tənqidi yazılar az qala həndəsi silsilə şəkilini alıb. Təəssüf ki, buna baxmayaraq nə rayon rəhbərliyi, nə də rayon təhsil şöbəsinin rəhbərliyi səslənən problemlərin həlli istiqamətində gərəkən addımı atmırlar.

2019-cu ilin fevral ayında RİHB-nın 33 nömrəli sərəncamı ilə Cəlilabad RTŞ-nin müdiri vəzifəsinə Qərənfil Qorxmaz qızı Əhmədova təyin edilib. Bu təyinata qədər isə Qərənfil xanım Cəlilabad şəhər 8 nömrəli humanitar və texniki fənlər təmayüllü məktəb-liseydə direktor vəzifəsində çalışıb...
Rayondakı qaynaqlarımızın bildirdiyinə görə Qərənfil Əhmədova ilə bağlı rəhbər olaraq ictimai rəy əvvəlki vəzifəsində də birmənalı olmayıb. RTŞ-nin müdiri kimi 3 aylıq fəaliyyətində də qazanılan yeganə artım bu sahədəki narazılıq dalğasının genişlənməsidir...

Bilal müəllimin ittihamı ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən mövqe öyrənmək istiqamətindəki cəhdlərimiz uğursuz oldu. (Yenixeber.org)



Şərh yaz