Axtarış...

Bakıda Çili əsilli Belçika saksafonçusunun konserti keçirilib

Bakıda Çili əsilli Belçika saksafonçusunun konserti keçirilib

Baklda Çili əsilli Belçika saksafonçusu Marselo Monkadanın konserti keçirilib.

"Report" xəbər verir ki, tədbir üçüncü IMAGINE Avropa tolerantlıq festivalı çərçivəsində təşkil edilib.

Konsert zamanı səhnədə Marselo Monkadanı "Brasilidade" qrupundan olan azərbaycanlı musiqiçilər müşayiət ediblər.

Marselo Monkada caz janrında ifa edən tenor-saksafonçu və bəstəkardır. O, əslən Çilidən olsa da, 2002-ci ildə Belçikaya köçüb və musiqiçi karyerasını davam etdirib. Antverpen və Gent şəhərlərindəki Kral Konservatoriyalarında "Caz və Pop"u öyrənib, məşhur beynəlxalq festivallarda iştirak edib.


Daha çox xəbər

Şərh yaz