Axtarış...

Binalara yeni liftlər quraşdırılır - Birinin qiyməti 13 min dollar

Binalara yeni liftlər quraşdırılır - Birinin qiyməti 13 min dollar

Bakıda çoxmərtəbəli binalara yeni liftlərin quraşdırılmasına başlanılıb.

Bunu Oxu.Az-a açıqlamasında "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov deyib.

Bildirib ki, prosesə Nizami rayonundan başlanılıb.

Belə ki, rayonun Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında birinci lift quraşdırılıb:

"Bakıda çoxmənzilli binalarda liftlərin yeniləri ilə əvəzlənməsi ilk olaraq pilot layihə olaraq Bakının Nizami rayonunda həyata keçirilməsi qərara alınıb. Digər mərhələdə liftlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində quraşdırılmağa başlanılacaq”.

Baş direktor qeyd edib ki, bir liftin qiyməti 12 800 ABŞ dollardır.


Daha çox xəbər

Şərh yaz