Axtarış...

210 № li Orta Məktəbin Direktorunun Özbaşnalığı: VİDEO

210 № li Orta Məktəbin Direktorunun Özbaşnalığı: VİDEO
Millitv.az Bakı şəhərində 210 - nömrəli Orta məktəbdə oxuyan 7 - ci sinif şagirdi Nağıyeva Zəhra Zaur qızına qarşı məktəbin müəllim heyyətinin müəmmalı şagird müəllim münasibətindən sonra. Zəhranın anası Nübar Nağıyeva Millitvnin Məlumat Mərkəzinə müraciət edərək bildirdi ki, 2018 – ci tədris ilindən övladını oxuması üçün 210 nömrəli məktəbə yerləşdirsədə məktəbin direktoru Kamalə Rəsulova , Direktorun müavini Lalə Müseyibova və sinif rəhbəri Məhəbbət Sadıqova birləşərək onun övladını 2 aydan artıqdır ki, məktəbə buraxmırlar.

Hörmətli izləyicilər yaranmış vəziyyəti yerində öyrənmək və aydınlaşdırmaq üçün , Əməkdaşlarmızla birgə adı çəkilən məktəbə yollandıq məktəbin direktoru Kamalə Rəsulova evə getməyə hazır olduğundan bizə bildirdi ki ,elə məktəbin kolidorunda nə niyyətlə gəldiyimizi bildirək. Bizdə Nübar Nağıyevanın övladının məktəbə buraxılmamasını səbəbini öyrənmək məqsədi ilə gəldiymizi bildirdikdə məktəbin direktoru Kamalə Rəsulova məktəbdə olan bütün müəllim və müəllimə kollektivini üstümüzə salaraq ağız deyəni qulaq eşitməyən bir mənzərə yaratdı .
Bizdə öz növbəmizdə məktəbin direktoru Kamalə Rəsulovaya bildirdik ki ,bu formada özünə haqq qazandırmaq istəyirsə bu yalnış addımdır.O da öz növbəsində bizə bildirdi ki, bizim heç bir sualmıza cavab verməyəcək.

Hörmətli izləyicilər 210 nömrəli məktəbdə baş verənlər barədə şikayətçi Nübar Nağıyevanın öz dilindən eşidək.


HADİSƏNİ TƏFSİLATIİLƏ VİDEODAN İZLƏ






MİLLİTV.az


Daha çox xəbər

Şərh yaz