Axtarış...

AMAC - HƏRƏKATI VİTSE PREZDENTLİK İNİSTİTU MÖVZUSUNDA KOMFRANS KEÇİRDİ

AMAC hərəkatı, " Vitse-Prezidentlik İnstitutunun Mahiyyəti və Əhəmiyyəti " mövzusunda konfrans keçirilib.


AMAC - HƏRƏKATI VİTSE PREZDENTLİK İNİSTİTU MÖVZUSUNDA KOMFRANS KEÇİRDİ

Tədbiri giriş sözü ilə AMAC-ın lideri, filologiya elmləri doktoru Tahir Cəfərli açaraq dedi:

Bildiyimiz kimi, Azərbaycan prezidentli respublikadır. Prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə ölkə prezidenti 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır. Ona görə də vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda idarəetmə sahəsində yeni və olduqca vacib hadisədir. Qəbul edilmiş qanuna əsasən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Beləliklə, Azərbaycanda yeni effektiv, optimal idarəetmə institutu yaradılıb. Bununla da Prezidentlik institutu daha da güclənir və idarəetmədə yeni operativ və effektiv mərhələ başlanıb.
“Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub - Tahir Cəfərli xatırlatdı - Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev deyib: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”.
“Ötən dövrdə Birinci vitse-prezidentin komandası formalaşıb - Tahir Cəfərli vurğuladı - Artıq Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Birinci vitse-prezidentlik institutu funksional təsisat kimi uğurla fəaliyyət göstərir. Ötən qısa müddətdə əldə olunan uğurlar təsdiqləyir ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin çevikliyini və səmərəliliyini artırıb. Təbii ki, burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xarizması, yüksək idarəçilik təcrübəsi mühüm rol oynayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanın malik olduğu yüksək keyfiyyətlərə diqqət çəkib: “Qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

AMAC - Hərəkatının üzüvü olan Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov “Vitse-prezidentlik institutuna dair beynəlxalq təcrübə və Azərbaycan” mövzusunda çıxış etdi. O bildirdi ki, ilk dəfə ABŞ-da yaradılmış vitse-prezidentlik institutu hazırda dünyanın 70-ə yaxın ölkəsində dövlət idarəçiliyində tətbiq olunan uğurlu bir təsisatdır. Bu çox böyük göstəricidir. Yeri gəlmişkən, Amerikada belə bir təcrübə var. Biz düşünürük ki, əgər birinci vitse-prezident varsa, baş nazir institutu ləğv edilməlidir. Çünki əlavə idarəetmə xərclərinin olmaması, habelə operativ idarəetməni təmin etmək məqsədilə bu addıma gedilə bilər.
“Qeyd etmək yerinə düşər ki, ötən aylar ərzində Azərbaycan cəmiyyəti Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsində çoxşaxəli fəaliyyətinə böyük maraq göstərib – Ədalət Abdinov qeyd etdi - İnsanlar inandıqları, etimad bəslədikləri Mehriban xanım Əliyevanın təyinat aldığı yeni məsuliyyətli vəzifədə Azərbaycan naminə fədakar fəaliyyətini təqdir edirlər. Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Yeni funksional təsisatın rəhbəri vəzifəsində gördüyü bu kimi genişmiqyaslı işlər isə cəmiyyətdə onun nüfuzunu daha da artırıb”.

AMAC-ın Qusar ocağının rəhbəri Gülnisə Mənsimova çıxışında dedi ki, Azərbaycanda vitse-prezidentlik institutu dövlətin ali idarəçiliyini zənginləşdirmiş, piramidal idarəçiliyin ali, mərkəzi və aşağı mərhələləri arasında bağlılığın gücləndirmiş, dövlət rəhbəri səlahiyyətlərinin icra bölgüsünün artması və yenidən mexanizmləşməsi baş vermiş, dövlət rəhbəri səlahiyyətlərinin bölgüsü, səlahiyyətlər və vəzifələr üzrə tarazlığ artırmış, dövlət rəhbəri ilə hakimiyyət qolları arasında koordinasiyanın gücləndirilməsi, əlaqələrin çoxaspektliliyindən sadəliyə keçidlər etməsi ortaya çıxmışdır.
“Qusar rayonundakı fəallarımız adından bir daha bəyan edirəm ki, - Gülnisə Mənsimova iştirakçəlara müraciət etdi - Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bu institut ölkənin yeni siyasi-hüquqi inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı müasir dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, ölkənin qarşısında duran vəzifələrin reallaşdırılması baxımından çox əhəmiyyətlidir”.

AMAC-ın təşkilat işləri üzrə katibi Sahib Sadıxlı, AMAC-ın üzvlərindən Sabir Nemətzadə, Natəvan Arif qızı, Vaqif Aşurzadə və Əlləz Həsənov qeyd etdilər ki, Azərbaycanda Vitse-prezidentlik institutunun yaradılmasını dövlət idarəçiliyi sistemində yeni hadisədir. Bu çox vacib məsələ ilə bağlı dünya, eləcə də qonşu ölkələrin təcrübəsinin öyrənilməsi belə bir qənaətə gəlməyə əsas verir ki, prezident idarəçiliyinin olduğu respublikalarda Vitse-prezident institutunun mövcudluğu dövlətin yaxşı idarə edilməsinin təminatı, qərarların çevik qəbulu və həyata keçirilməsi baxımından olduqca səmərəlidir. Sürətlə inkişaf edən ölkəmizdə Mehriban xanım Əliyevanın bacarıq və səyi sayəsində Vitse-prezidentlik institutunun daha çevik olacağına hər birimiz tam əminik.

Sonda hərəkatın rəhbərləri görüşdə iştirak edən ziyalıların, veteranların,hərəkatın fəallarının, gənclər və ictimaiyyət nümayəndələrinin sualları cavablandırılıb.

TAM TƏFSİLATI İLƏ VİDEODAN İZLƏ






AMAC - HƏRƏKATI VİTSE PREZDENTLİK İNİSTİTU MÖVZUSUNDA KOMFRANS KEÇİRDİ
AMAC - HƏRƏKATI VİTSE PREZDENTLİK İNİSTİTU MÖVZUSUNDA KOMFRANS KEÇİRDİ
AMAC - HƏRƏKATI VİTSE PREZDENTLİK İNİSTİTU MÖVZUSUNDA KOMFRANS KEÇİRDİ
AMAC - HƏRƏKATI VİTSE PREZDENTLİK İNİSTİTU MÖVZUSUNDA KOMFRANS KEÇİRDİ
AMAC - HƏRƏKATI VİTSE PREZDENTLİK İNİSTİTU MÖVZUSUNDA KOMFRANS KEÇİRDİ
AMAC - HƏRƏKATI VİTSE PREZDENTLİK İNİSTİTU MÖVZUSUNDA KOMFRANS KEÇİRDİ
AMAC - HƏRƏKATI VİTSE PREZDENTLİK İNİSTİTU MÖVZUSUNDA KOMFRANS KEÇİRDİ


AMAC - Hərəkatının Mətbuat Xidməti


Daha çox xəbər

Şərh yaz