Axtarış...

Şəhid Zirvəsi və Tanrının Qisməti

Şəhid Zirvəsi və Tanrının Qisməti


Bəzən belə ittihamlar eşidirik ki, şəhid yalnız kasıb balası olur. Bu, həqiqətdir və məntiqəuyğundur. Başqa cür ola da bilməz. Hamı yaxşı bilir ki, ölkəmizdəki varlılar pullarını halal yolla qazanmayıblar. İnsanların cibinə giriblər, dövlət büdcəsindən xalqın malını oğurlayıb milyonlara sahib olublar. Övladlarını da bu haram pullarla böyüdüblər. Amma təkcə bu deyil. Onların harınlamış övladları qumar, narkotika , zina kimi haram əməllərlə də özlərini murdarlayıblar. Minlərlə qızın ismətini pulla satın alıblar. Avtoşluq edərək neçə ömrü yarıda qırıblar. Allah belələrini şəhidlik kimi muqəddəs bir məqama qəbul edərmi?

Siz diqqət etmisinizsə, səhid olanlar mənəvi baxımdan da yaşıdlarından fərqlənir. İmanlı, dürüst, ağıllı, ilk növbədə isə yüksək mənəviyyata malik və vətən sevgisi ilə yaşayan bu gənclərin seçilmiş bəndələr oluğunu sonadək dərk edə bilmirik. Halbuki müqəddəs kitabımız Qurani-Kərimdə bu fikir dəfələrlə təsbit olunub.

Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. (BƏQƏRƏ SURƏSİ 154) Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, (kafirlərin dünyada) topladıqları şeylərdən (sərvətdən) daha xeyirlidir. (ƏLİ İMRAN SURƏSİ 157)

Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. (ƏLİ İMRAN SURƏSİ 169)
Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. (ƏLİ İMRAN SURƏSİ 170)

Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar. (ƏLİ İMRAN SURƏSİ 171)( Adeten Sehidlerin son nefeslerinde gorunen ve uzlerinde donub qalan sevinc izlerinin, tebessumun sebebini de anlamaqda cetinlik cekirik) Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır! (NİSA SURƏSİ 69) Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona böyük mükafat verəcəyik. (NİSA SURƏSİ 74)

Ölüm haqdır. Hər insana da eyni ömür payı verilməyib. İnsanların doğulmaq və ölmək müddəti Allaha məxsusdur. Amma ömür boyu necə yaşamaq hüququ özümüzə verilib. Hər kəs həyatda qoyduğu izlərə görə özü cavabdehdir. “Qismətim belə gətirdi, içki düşgünü oldum, qatıl oldum, qumar oynadım, narkoman oldum” kimi sözlər bəhanədən başqa şey deyil. Allah hamıya ağıl –düşüncə verib. Bəs necə olur ki, kasıb ailədə doğulan, ehtiyac içində yaşayan bir gənc həyatda qarşısına qoyduğu bütün məqsədlərə çatır, bütün ehtiyacları ödənən, heç bir çətinlik görməyən başqa bir gənc narkoman, qumarbaz olur?

Sonuncu şəhidlərimiz də birinci Qarabağ savaşında həlak olanlar kimi, vətənin bir parçasına çevrilərək Haqqa qovuşdular.
Bu gün dövlətimiz başda olmaqla, bütün xalqımız yazıcılar-şairlər, elm adamları, tələbələr, sənət adamları ( sou-biznes əhli istisna olmaqla) bir sözlə hamı bir nəfər kimi Şəhidlərin ailələrini ziyarət etməli (kompaniya şəklində deyil, davamlı olaraq) onlara maddi-mənəvi yardımları əsirgəməməli, dövlət qurumları bu ailələrin yaşayış səviyyələrini yaxşılaşdırmalı, şəhid övladları üçün bütün qapılar açıq olmalı, deputatlarımız hərə öz dairəsi üzrə hər ay şəhid ailələrini ziyarət etməldir. Televiziya kanalları reytinq dalınca qaçmaqdan əl çəkib öz yayım siyasətlərində ciddi dəyişiklik etməli və sou-biznes əhlini günün qəhrəmanlarına çevirməkdən əl çəkməlidirlər. Onlar Iran və Türkiyə kanallarından numunə göturməli, qonsu və qardaş ölkələrdə efirin əsas qəhrəmanlarının Şəhidlər, əsgərlər, qazilər oduğuna diqqət yetirməlildirlər. Bu halda qələbələrimizin ardı mütləq gələcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin!. Əziz Vətən oğulları, Müsəlman qardaşlarımız şəhidlik məqamınız mübarək!

Nazilə Atakişiyeva
jurnalist-politoloq


Daha çox xəbər

Şərh yaz