Axtarış...

"Heç ölməmiş kimi başımın üstündədir..." - Nərgiz Cəlilova

"Heç ölməmiş kimi başımın üstündədir..." - Nərgiz Cəlilova
Xalq artisti Nərgiz Cəlilova dünyasını dəyişən atası ilə bağlı xatirələrini bölüşüb.

Axşam.az in məlumatına görə, bu haqda İnstaqramında paylaşım edən aparıcı atası ilə özünün arxiv şəklini də yayımlayıb.


"Narahat olanda yuxuma gəlir. "Ağlama, yanındayam" demək, üçün... Əlini çiynimə qoyub, "Hər şey yaxşı olacaq" söyləyir, təskinlik vermək üçün... Heç ölməmiş, köçməmiş kimi başımın üstündə, qəlbimin içində, əli çiynimdə... Yuxularımda... Atalarımız... Dünyasını dəyişən bütün valideynlərin ruhu şad olsun". deyə, Cəlilova paylaşımında qeyd edib.

"Heç ölməmiş kimi başımın üstündədir..." - Nərgiz Cəlilova



Şərh yaz