Axtarış...

Bazar gününün havası - Belə deyirlər...

Bazar gününün havası - Belə deyirlər...
Aprelin 28-də gözlənilən hava şəraiti haqqında məlumatı təqdim edir:

Bakıda və Abşeron yarımadasında

Az buludlu. Yağmursuz.

Cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-21° isti,

Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti təşkil edəcək.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin axşam saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək.



Şərh yaz