Axtarış...

S E V İ N Ci kim özəlləşdirib ?

S E V İ N Ci kim özəlləşdirib ?
Bakının Qara Qarayev prospektində yerləşən məşhur "Sevinc" kinoteatrı sökülmək üçün hasara alınıb.

Ərazidə yaşayan sakinlər unikal.org-a bildirib ki, hasara alınan kinoteatr sökülərək yerində bir neçə mərtəbəli ticarət mərkəzi, zirzəməsində isə geniş parking tikiləcək. Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib ki, adıçəkilən kinotetar Mədəniyyət Nazirliyinin balansında deyil. Həmin kinoteatr 2000-ci ilin əvvəllərində özəlləşdirilib. Qeyd edək ki, 1970-ci illərdə istifadəyə verilən "Sevinc" (Təbriz) kinoteatrı uzun müddətdir fəaliyyət göstərmir.

Kinoteatrın kim tərəfindən özəlləşdirilməsi ilə bağlı NUH.az-ın apardığı araşdırma zamanı məlum olub ki, obyektin sahibi Prezident Administarsiyasında çalışır.


Daha çox xəbər

Şərh yaz