Axtarış...

“Siyasət bizim işimiz deyil və maraqlanmırıq”

“Siyasət bizim işimiz deyil və maraqlanmırıq”

Yumor ustası olan Vladimir Zelenskinin Ukrayna prezidenti seçilməsi dünya gündəminin əsas mövzuzu olaraq qalır. Bəs görəsən, bu presedent başqa ölkələrdə təkrarlana bilərmi? Ümumiyyətlə, Vladimir Zelenskinin prezident seçilməsi yumor adamlarını siyasətə həvəsləndirə bilərmi?
“Bakılı oğlanlar”ın tanınmış simalarından biri Tahir İmanov Guninsesi.org– açıqlamasında bu suala aydınlıq gətirib. Ukraynadakı siyasi hadisələrlə maraqlanmadığını deyən Tahir İmanov Zelenskinin qələbəsinin onda hansısa maraq və təəccübə səbəb olmaığını deyib:
“Açığı deyim ki, mənim üçün maraq kəsb edən bir hadisə olmadı. Ona görə də bu məsələ ilə düşüncəm də yoxdur. Bir sözlə mənim üçün maraqsızdır”.
Tahir İmanov siyasətlə maraqlanmadığını da deyib:
“Siyasət bizim işimiz deyil və maraqlanmırıq”.



Şərh yaz