Axtarış...

Yer kürəsinə qaranlıq çökə bilər – Xəbərdarlıq

Yer kürəsinə qaranlıq çökə bilər – Xəbərdarlıq

Kosmik tullantıların miqdarının artması Yer üzünə düşən Günəş işığının azalmasına səbəb ola bilər. Bu haqda Rusiya Elmlər Akademiyasının Geosferlər İnstitutunun hesabatında deyilir.
Bizimyol.info xəbər verir ki, “Kosmik tullantı: Bir təhlükənin fundamental və praktik aspektləri” konfransında qeyd edilən məsələ geniş müzakirə olunub. Sənədi hazırlayanların fikrincə, kosmik tullantıların optik qalınlığı hələ çox böyük deyil: “Amma radiasiya vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər. Kesslerin kassad effektini nəzərə almaq lazımdır”.

Yer kürəsinə qaranlıq çökə bilər – Xəbərdarlıq
Söhbət elm adamı Donald Kesslerin təsvir etdiyi hipotetik vəziyyətdən gedir. Alimin qeydinə görə, kosmik dağıntılar yaxın fəzanı praktik istifadəyə yararsız hala sala bilər.

Astronomiya İnstitutunun elmi rəhbəri Boris Şustov isə lap o qədər bədbin deyil. Əlbəttə, Yer kürəsinə nə vaxtsa qaranlıq çökə bilər. Amma kosmik tullantıları da yanacaq kimi istifadə etmək mümkündür: “Həmin dağıntıları molekullara, hissəciklərə, atomlara bölə bilsək, istədiyimizi alarıq. Yəni mühərriklərin yanacağına çevirə bilərik”.



Şərh yaz