Axtarış...

Şəhid İlkin Seyidovun döyüş yolundan bəhs edən kitabın təqdimatı olacaq

Şəhid İlkin Seyidovun döyüş yolundan bəhs edən kitabın təqdimatı olacaq

Aprelin 18-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Sədərək rayonun müdafiəsi uğrunda şəhid olmuş polis əməkdaşı İlkin Seyidovun həyat və döyüş yolundan bəhs edən “Bir xatirə kitabına bənzəyir ömrüm” adlı kitabın təqdimatı keçiriləcək.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitab “Şəhidlər ölməz, Vətən bölünməz” rubrikası altında kitabxananın redaksiyası tərəfindən işıq üzü görmüş silsilə kitablar sessiyasından növbəti nəşrdir.

Tədbirdə İlkin Seyidovun döyüş yolundan danışılacaq, kitab haqqında fikirlər səsləndiriləcək.


Daha çox xəbər

Şərh yaz