Axtarış...

Səidədən Röyaya atmaca: “Özünü insan sayıb, amma...”

Səidədən Röyaya atmaca: “Özünü insan sayıb, amma...”

Müğənni Səidə Dadaşova əməkdar artist Röya Ayxana atmaca atıb.

Musavat.com xəbər verir ki, ifaçı Röyanın 162 saylı məktəbin 8-ci sinif şagirdi Elinanın son video görüntüsündə onu sorğu-sual edən şəxsin Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramova olduğunu iddia etməsinə ad çəkmədən münasibət bildirib: “Beynimdə ürəyimdə çox söz var. Mən bunları deməyi özümə borc bilirəm. Sözüm bəzi günah yuyan, özünü insan sayıb, amma o ada layiq olmayanlaradır. Xalidə xanımı çox gözəl tanıyırıq. O, körpələr evində uşaqların üzünü güldürən, ehtiyacı olanlara maddi-mənəvi dəstək olan insandır. Ona böhtan atırlar. O şəxslər gözləri ilə görmədiklərinə inanmasınlar. O uydurmalara inanıb günah qazanmayın. Hər kəs öz işi ilə məşğul olsa, yaxşı olar. Ümid edirəm ki, həmin şəxslər bu sözlərdən nəticə çıxarıb, heç olmasa, Allahdan qorxub susarlar”.

Qeyd edək ki, ilk dəfə Röya videodakı səsin Xalidə Bayramovaya məxsus olduğunu açıqlayıb.


Musavat.com



Şərh yaz