Axtarış...

TORPAQ DƏLLALLARI İLƏ BİRLƏŞƏN İCRA MƏMURLARI VƏTƏNDAŞIN EVİNİ BAŞINA UÇURDULAR

TORPAQ DƏLLALLARI İLƏ BİRLƏŞƏN  İCRA MƏMURLARI VƏTƏNDAŞIN EVİNİ BAŞINA UÇURDULAR

Millitv.az Redaksiyamıza müraciət edən Abşeron rayon Saray qəsəbəsinin sakini Rıza Təhmasib küçəsi , 12 unvanında yaşayan Hüseynov Rəsul bildirdi ki, bir qurup torpaq dəllalı ilə Ədliyyə Nazirliyinin Abşeron rayon İcra və probasiya şobəsinin əməkdaşları birləşərək 1999 cu- ildən Abşeron rayon icra hakimiyəti tərəfindən onlara verilmiş fərdi yaşayış evi tikmək üçün olan torpaq sahəsində tikdikləri evi torpaq dəllaları icra şöbəsinin əməkdaşlarının köməkliyi ilə başlarına uçurdular.

Vətəndaşın bildirdiyinə görə üç ildən artıq müddətdir ki, bir qurup torpağ dəllalı Abşeron rayon məhkəmənin keçmiş hakimi İlham Kərimovun köməkliyi ilə 1999 - cu ildən yaşadıqları evin yerinin güyyamış başqa şəxsə mənsub olunması haqqında saxta sənədlər tərtib edərək məhkəmə qərarı çıxarıbdır və hakimin çıxardığı qərarın əsasındada həmən dəllallar Abşeron rayon İcra şöbəsinin əməkdaşları ilə birləşərək 20- ildən artıq müddətdə yaşadıqları evi 09 aprel 2019 – cu il tarixində sökməyə müvəffəq olublar.
TORPAQ DƏLLALLARI İLƏ BİRLƏŞƏN  İCRA MƏMURLARI VƏTƏNDAŞIN EVİNİ BAŞINA UÇURDULAR
Rəsul Hüseynov onuda bildirdi ki , uzun müddərdən sonra yeni vəkilinin köməkliyi ilə Daşınmaz Əmlakın Dövlət Reyistiri Xidmətinin Baş İdarəsindən Əldə etdiyikləri sənədə əsasən onlara bu illər ərzində yalandan iddia edən torpaq dəllalarının sənədlərindəki kordinatlarla onların evlərinin kordinatları qətiyyən üst- üstə düşməməsi təsdiqini tapdı və bununlada əlaqədar yeni vəkili Ali məhkəmənin Pilenumuna kasasiya şikayəti ilə müraciət edibdir Amma nədənsə Abşeron rayon İcra şöbəsinin əməkdaşları əldə onunan sənədlərimizə qətiyən baxmadılar onların bir məqsədi var idi bizim yaşadığımız evi başımıza uçursunlar bunada nail oldular.

P.S Hörmətli İzləyicilərimiz bildirmək istəyirik ki,Abşeron Rayon Daşınmaş Əmlakın Dövlət Reyistr xidmətində apardığımız araşdırma zamanı həqiqətəndə evi sökülən Rəsul Hüseynov yaşadığı evin kordinatları torpaq dəllallərının iddia etdikləri torpaq sahəsinin kordinantları ilə üst – üstə düşmədiyi bir daha təsdiqini tapdı.


HADİSƏNİ TAM TƏFSİLATIYLA VİDEODAN İZLƏ







MİLLİTV.az



Şərh yaz