Axtarış...

Ermənistanda məxməri inqilabı LGBT təşkil edib? - İLGİNC

Ermənistanda məxməri inqilabı LGBT təşkil edib? - İLGİNC

Bəzi qüvvələr Ermənistandakı məxməri inqilabın məhz LGBT tərəfindən həyata keçirildiyini iddia edir.

Axar.az xəbər verir ki, Ermənistanda və erməni cəmiyyətində yayılan fikirlər də bunu sübut edir.

Belə ki, son zamanlar maddi imkansızlıq səbəbindən erməni gəncləri arasında əsgərlikdən boyun qaçırmaq prosesi çətinləşib. İmkansız təbəqə də dövlətin yaratdığı münbit vəziyyətdən istifadə edərək çıxış yolunu LGBT proqramlarına qoşulmaqda görüb.

Hətta bu yaxınlarda Ermənistan parlamentində ilk dəfə olaraq “Doğru tərəf” təşkilatının nümayəndəsi, qadın-transqender Lilit Martirosyan çıxış edərək LGBT-lərin haqlarını müdafiə edib.

Parlamentin İnsan haqları və ictimai məsələlər üzrə komissiyasının rəhbəri Martirosyandan çıxışını dayandırmasını tələb etsə də, o, kişi səsi ilə tribunadan bütün əzab verilmiş, zorlanmış, fiziki təsirə məruz qalmış, yandırılmış, bıçaqlanmış, təhqir edilmiş, mühacirət etmiş, kasıb və işsiz transgenderlərin ümumi cəhətlərini özündə əks etdirən bir sima olduğunu bildirib.

Amma, nədənsə o, ən əsas faktor - hərbi xidmətə getməmək üçün kaminq-aut edən və ya cinsini dəyişən minlərcə erməni gəncin biabırçı yola əl atması barədə bir söz belə deməyib.

L.Martirosyanın çıxışından dərhal sonra Erməni Kilsəsinin Ararat yeparxiyasının informasiya şöbəsinin koordinatoru Yesai Artenyan da son vaxtlar homoseksualların sayının artdığından gileylənərək, erməni cəmiyyətini parlamentdəki söz-söhbətə reaksiya verməməyə, onu reklam etməməyə çağırıb.

Bütün bunlar da öz növbəsində yayılan iddiaların doğruluğuna və Paşinyanın “Avropa dəyərlərinin” təbliği ilə bağlılığına şübhə yeri qoymur.


Daha çox xəbər

Şərh yaz