Axtarış...

Şagirdin intihar etməsi ilə əlaqədar xidməti araşdırma başa çatıb, nəticələr nazirə təqdim olunub

Şagirdin intihar etməsi ilə əlaqədar xidməti araşdırma başa çatıb, nəticələr nazirə təqdim olunub

Təhsil Nazirliyində Bakı şəhəri 162 nömrəli tam orta məktəbinin şagirdinin intihar etməsilə bağlı iclas keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, iclasda hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılan xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxsləri iştirak ediblər.

İclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.


Daha çox xəbər

Şərh yaz