Axtarış...

Moskva Türkiyə ilə S-400-ün tədarükünə dair yeni müqavilə bağlamağa hazırdır - Peskov

Moskva Türkiyə ilə S-400-ün tədarükünə dair yeni müqavilə bağlamağa hazırdır - Peskov

Rusiya xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı genişləndirməkdə maraqlıdır və Türkiyəyə S-400 havadan müdafiə sistemlərinin tədarükü ilə bağlı yeni müqavilələr bağlamaq imkanını nəzərdən keçirməyə hazırdır.

SalamNews TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun açıqlamasını şərh edərkən deyib.

"Rusiya təkliflərə açıqdır, Rusiyanın müvafiq imkanları, texnoloji bacarıqları var. Əlbəttə ki, Rusiya bu əməkdaşlığı genişləndirmək üçün imkanlar axtarışındadır.Bu tamamilə normal bir təcrübədir", deyə Peskov bildirib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib ki, əgər Vaşinqton Ankaraya Patriot raketdən müdafiə sistemi satmaqdan imtina etsə, Türkiyə Rusiyadan ikinci dəfə S-400 raket sistem ala bilər.



Şərh yaz