Axtarış...

"Rabitə Bank"ın növbəti fırıldağı: - MÜŞTƏRİLƏRİNİ BELƏ ALDADIR

"Rabitə Bank"ın növbəti fırıldağı: - MÜŞTƏRİLƏRİNİ BELƏ ALDADIR

"Rabitə Bank" nağd pul krediti üzrə elan etdiyi kampaniyada müştərilərini aldatmaqda davam edir.
"Kommersant.az" bildirir ki, bankın rəsmi saytında elan olunan kredit şərtlərində müddətdən asılı olmayaraq faiz dərəcəsinin 22% olduğu qeyd olunub. Müştəri banka yaxınlaşdıqda isə tamamilə fərqli faiz dərəcələri ilə üz-üzə qalıb.

"Rabitə Bank" əməkdaşının "Kommersant.az"a verdiyi məlumata görə, əslində banka yaxınlaşan müştəri 1 illik kredit üçün 17,9, 2 il üçün 19,9%, 3 il üçün isə 22% faiz dərəcəsi tətbiq olunur.

"Rabitə Bank"ın növbəti fırıldağı: - MÜŞTƏRİLƏRİNİ BELƏ ALDADIR

"Hələ bu harasıdır, komissiyanın 1% olduğu qeyd olunsa da, banka yaxınlaşan müştəri sığortadan imtina etdiyi halda 1,5% komissiya ilə qarşılaşır və bunlar bankın rəsmi saytında bildirilməyib. Sığorta haqqı isə müddətə görə 0,2% - 1,8% -dək dəyişir".

Ümumiyyətlə bankın kredit bazarına aqressiv girməsi birmənalı qarşılanmır. Ekspertlər hesab edir ki, bank və bankın müştəriləri gələcəkdə bunun problemini ciddi şəkildə hiss edəcək.


Daha çox xəbər

Şərh yaz