Axtarış...

Bir kəndin camaatı Səfər Mehdiyevə qarşı etiraza qalxdı - Başçı hadisə yerinə gəlsə də, narazılıq bitmədi...

Bir kəndin camaatı Səfər Mehdiyevə qarşı etiraza qalxdı - Başçı hadisə yerinə gəlsə də, narazılıq bitmədi...

Cəlilabad rayonunun Muğan kəndində (keçmiş Svetlaya Zarya sovetliyi) yerli əhali etiraz aksiyası keçirib.

Bu barədə Arqument.Az-a kənd sakini Zakir Ağayev məlumat verib.

Onun sözlərinə görə, aksiyanın keçirilməsinə səbəb kəndlilərin əkib-becərdiyi məhsulun (kartofun) satışına yaradılan əngəldir: “Kəndlilərin dediyinə görə hər 20 tonluq yük maşınına 20 min manat gömrük rüsumu tətbiq olunur. Yerli sakinlər haqlı olaraq bu haqsız rüsum tətbiqinə etiraza qalxıblar”.

Məlumatda daha sonra vurğulanır ki, hadisə yerinə Cəlilabad rayon icra başçısı Namiq Zeynalov da gəlib.

Lakin başçının verdiyi təklif yerli əhalini qane etməyib və razılaşmayıblar.


Daha çox xəbər

Şərh yaz