Axtarış...

AMAC - Hərəkatı Qarabağ Müharibəsi Veteranlarıilə Görüş Keçirdi

AMAC - Hərəkatı Qarabağ Müharibəsi Veteranlarıilə Görüş Keçirdi

Millitv.az AMAC hərəkatı və Azərbaycan Kommunistlər Birliyi Qarabağ müharibəsi veteranları, şəhid ailələri və əlillərinə yardım İctimai birliyi ilə birlikdə “Qarabağı erməni işğalçılarından azad edəcəyik” adlı tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə AMAC-ın lideri, filologiya elmləri doktoru Tahir Cəfərli açmışdır. AMAC-ın Ağzaqqallar Şurasının sədri, fəlsəfə elmləri doktoru Əsəddulla Qurbanov “Veteranlar və gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsi” AMAC-ın ideoloji məsələlər üzrə katibi, tarix elmləri doktoru Atamoğlan Məmmədli «Veteranlarımız və qələbəmiz», AMAC-ın təşkilat məsələlər üzrə katibi, hüquqşünas Sahib Sadıqlı «İctimai-siyasi proseslərdə veteranlarımızın rolu» mövzusunda, çıxış etmişlər.

AMAC - Hərəkatının lideri professor Tahir Cəfərli öz çıxışında veteranlara dövlət qayğısının artırılmasının vacib olduğunu bildirərək , bəzi veteranlara yaradılan burokratik əngəllərin mövcudluğunu qeyd etdi. Veteranlar üçün yaradılan süni əngəllərin aradan qaldırılmasının yollarından biri kimi ,veteranların Müdafiə Nazirliyinin arxiv idarəsindən çox çətinliklə əldə etdikləri sənədlərin burokratik əngəllərin aradan qaldırılması məqsədi ilə AMAC - hərəkatı adından prezident İlham Əliyev cənablarına və Birinci vitse prezident xanım Mehriban Əliyevaya Müraciət ünvanıayaraq Qarabağ müharibəsi veteranlarının bu kimi problemlərinin həll olunması üçün ,Veteranların əldə etmək istədikləri sənədləri ASAN xidmət vasitəsilə verilməsinə dair köməklik gəstərilməsini xahiş etdi.

AMAC - Hərəkatı Qarabağ Müharibəsi Veteranlarıilə Görüş Keçirdi

Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov veteranlar barəsində dövlət siyasəti barəsində ətraflı məlumat verərək. O qeyd etdi ki, həmin siyasətin əsas məğzini sosial və hüquqi müdafiənin təmin edilməsi, fiziki və ruhi sağlamlıq, fəal uzunömürlülük üçün şərait yaradılması, yaşayış sahəsi ilə təminat, hər bir veterana zəruri tələbatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi, əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata keçirilməsi, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün lazımi şərait yaradılması və s. təşkil edir. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir ki, bundan da veteranlar faydalanırlar.
AMAC - Hərəkatı Qarabağ Müharibəsi Veteranlarıilə Görüş Keçirdi

Qarabağ müharibəsi veteranları, şəhid ailələri və əlillərinə yardım İctimai birliyin təsisçisi Nurəddin Kəngərli veteranların pensiya təminatı, veteran adlarının və vəsiqələrinin verilməsi, veteranlar üçün nəzərdə tutulmuş güzəştlərdən danışmışdır. Bu məsələlərlə əlaqədar problemlərin olduğunu, xüsusilə müdafiə nazirliyindən müvafiq sənədlərin alınmasında yol verilən süründürməçilik hallarından danışmışdır.
AMAC - Hərəkatı Qarabağ Müharibəsi Veteranlarıilə Görüş Keçirdi

Veteranlardan Fazil Fərzəliyev, Ramiz Əhmədov, Arif Rəhimli, Atakişi Abışov, Şəmsəddin Mirzəyev, Kamal Məstəliyev və Hikmət Qədimov çıxış edərək bildirmişlər ki, Ali Baş Komandanın əmrini hər an yerinə yetirməyə hazırdırlar. İşğalçılar torpağımızdan qovulmalı, vətənimizin ərazi bütövlüyü təmin olunmalıdır.

Tədbirdə çıxış edən veteranların rəy və təkliflərini öyrənilərək müvafiq sənəd hazırlayıb aidiyyatı orqanlara təqdim olunması qərara alındı.

AMAC - Hərəkatı Qarabağ Müharibəsi Veteranlarıilə Görüş Keçirdi
AMAC - Hərəkatı Qarabağ Müharibəsi Veteranlarıilə Görüş Keçirdi
AMAC - Hərəkatı Qarabağ Müharibəsi Veteranlarıilə Görüş Keçirdi
AMAC - Hərəkatı Qarabağ Müharibəsi Veteranlarıilə Görüş Keçirdi
AMAC - Hərəkatı Qarabağ Müharibəsi Veteranlarıilə Görüş Keçirdi



MİLLİTV.az


Daha çox xəbər

Şərh yaz