Axtarış...

Dövlət qulluqçusunun əməkhaqqının 200 manatdan çox olan hissəsindən 14 faiz vergi tutulur

Dövlət qulluqçusunun əməkhaqqının 200 manatdan çox olan hissəsindən 14 faiz vergi tutulur

Vergi Məcəlləsinə edilmiş dəyişiklikdə dövlət qulluqçularına gözəşt nəzərdə tutulubmu?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, muzdlu işlə əlaqədar gəlir vergisinin güzəştli qaydada hesablanması yalnız neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan fiziki şəxslərə münasibətdə tətbiq edilir. Bu, həmin sektorda əmək haqlarının leqallaşdırılmasını və qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını stimullaşdırmaq məqsədi daşıyır.

Lakin son dəyişikliklərə qədər neft-qaz sahəsində və dövlət sektorunda çalışan fiziki şəxsin əməkhaqqı 2500 manatadək olduqda hesablanmış məbləğdən 173 manat çıxılmaqla 14 faiz dərəcə ilə gəlir vergisi hesablanırdısa, dəyişikliklərdən sonra bu məbləğ 200 manatadək qaldırıılıb.

Əməkhaqqının 200 manatdan yuxarı olan hissəsindən isə 14 faiz dərəcə ilə vergi tutulur. Beləliklə, hesablanmış əməkhaqqı 570 manat təşkil edən dövlət sektorunda çalışan fiziki şəxsin əməkhaqqından 51,8 manat (570-200=370x14 faiz=51,8 manat) vergi tutulur.


Daha çox xəbər

Şərh yaz