Axtarış...

Prezidentə danışılan yalan və risq altında yaşayan insanlarımız... - VİDEOFAKT

Prezidentə danışılan yalan və risq altında yaşayan insanlarımız... - VİDEOFAKT
Salyanda daşqın fəlakətinin olması an məsələsidir. Bu barədə AzEuroNews.com-a məlumat verən sakinlərin sözlərinə görə, Babazanlı yaşayış mərkəzində torpaq sürüşmələri və su sızmaları əleyhinə tikilən bəndlər sovet dövründən qaldığından uçulub.

Artıq burada tez-tez torpaq sürüşmələri və su sızmaları baş verir. Təkcə 2016-ci ildə istifadəyə verilən və Babazanlı ilə rayon mərkəzini birləşdirən körpü ətrafında Kür çayında su axının təmizlənməsi üçün Azərbaycan Avtomobil Yolları Agentliyi tərəfindən uzunluqları sağ sahildə 108+108 =216 metr, sol sahildə isə 70+72=142 metr olan qazma-doldurma svay əsaslı monolit beton istinad divarları tikilib. Həmin divarlar bu gün də salamatdır.

Prezidentə danışılan yalan və risq altında yaşayan insanlarımız... - VİDEOFAKT
Problem isə, sovet dövründən qalan və ötən illərdə bir dəfə də təmir olunmayan beton bəndlərdir ki, onlar da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansındadır.

Bu quruma 2006-cı ildən Əhməd Əhmədzadə rəhbərlik edir. Təkcə ötən ilin mart ayında bu quruma 21 milyon manat dövlət vəsaiti ayrılıb.

Prezidentə danışılan yalan və risq altında yaşayan insanlarımız... - VİDEOFAKT
Qurumun 2018-ci ildə gördüyü işlə bağlı saytında verdiyi məlumatda qeyd olunur ki, Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınan torpaq mühafizə bəndlərinin 133 km-lik hissəsində möhkəmləndirmə işləri görülüb və 3890,0 kbm həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib. Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62,0 mln.kbm həcmində lildən təmizləmə işləri görülüb, 5837 hidrotexniki qurğu, 5203 subartezian quyusu, 276 nasos stansiyası təmir edilib. Çay məcralarında 17,2 mln.kbm həcmində məcratəmizləmə işləri aparılıb, 10,3 min kbm şax-daş və faşın, 2,9 min kbm qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 18,4 min kbm həcmində təmir işləri yerinə yetirilib. Görülən tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1392,8 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılıb. 2018-ci il ərzində bütün mənbələrdən, o cümlədən dövlət büdcəsindən, Dövlət Neft Fondundan və Dünya Bankından ayrılmış vəsaitlər hesabına 16 ədəd yeni və 28 ədəd keçid obyektlərində layihələndirmə, əsaslı tikinti-quraşdırma, yenidənqurma və bərpa işləri görülüb.

Prezidentə danışılan yalan və risq altında yaşayan insanlarımız... - VİDEOFAKT
Sakinlər deyir ki, hazırda təhlükəli vəziyətlə bağlı dəfələrlə Salyan Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə və eləcə də, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət etsələr də, konkret bir addım atılmayıb.

Hazırda bu ərazidə reallıq nədən ibarətdir? Gəlin birlikdə baxaq




Şərh yaz