Axtarış...

Karlos Qona həbs barədə dördüncü order təqdim edilib

Karlos Qona həbs barədə dördüncü order təqdim edilib

Tokio prokurorluğu “Nissan” şirkətinin sabiq direktorlar şurasının sədri Karlos Qonu etibardan sui-istifadə maddəsi ilə dördüncü dəfə həbs edib. Tokio prokurorluğu üçün girov müqabilində azad edilmiş şəxsin həbsi nadir hadisə hesab olunur.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, prokurorluq “Nissan” şirkətinin Omandakı diler firmasına əlavə maliyyə vəsaitinin köçürülməsi barədə yeni ittiham irəli sürüb. Bu firmaya ödənişlər 2015-ci ildən başlayaraq ötən ilədək davam edib. Həmin firmanın rəhbərinin K.Qonun şəxsi tanışı olduğu bildirilir. K.Qonun bu vəsaitin köçürülməsi nəticəsində “Nissan” şirkətinə 5 milyon dollar zərər vurduğu qeyd edilir.

Omandakı firmaya həmin vəsaitin bir hissəsinin Livandakı saxta şirkətin hesabından köçürüldüyü bildirilir. Həmin şirkətə bir Hindistan vətəndaşının rəhbərlik etdiyi göstərilir. Bu vəsaitlə K.Qon üçün yaxta alınıb. Həmçinin onun bir hissəsi mənzil-qərargahı ABŞ-da yerləşən və K.Qonun oğlunun rəhbərlik etdiyi şirkətə investisiya şəklində köçürülüb.

K.Qonun vəkilləri isə bildirirlər ki, həmin vəsait Omandakı dilerə mükafat olaraq ödənilib. Onlar, həmçinin qeyd edirlər ki, yaxtanın alınmasının “Nissan” şirkətinə heç bir aidiyyəti yoxdur.


Daha çox xəbər

Şərh yaz