Axtarış...

Sosial media intiharların artmasına təsir edir? – Sosioloqdan XƏBƏRDARLIQ

Sosial media intiharların artmasına təsir edir? – Sosioloqdan XƏBƏRDARLIQ

Nəticənin ölüm olacağını bildiyi halda, insanın atdığı ən yalnış addımlardan biri də intihardır. Cəmiyyətdə qlobal problemə çevrilən bu halın yaşanmasına əsas səbəb kimi psixoloji sarsıntı və bipolyar pozuntu göstərilir. Son dövrlər ərzində intihara cəhd və ya intihar hallarının mütəmadi olaraq şahidi oluruq. Bəs bu halın artımı və ya azalmasında əsas faktorlar nədir?

İntiharların cəmiyyətdə artıb-azalmasına təsir göstərən amillər barədə Modern.az -a sosioloq Cavid İmamoğlu danışıb.

“Ümumi olaraq intihar hallarının artımı və ya azalması ilə bağlı ölkədə tədqiqat işləri aparılmır. Mətbuat və yaxud da daha dəqiq desək sosial mediada artım və ya azalma ilə bağlı xəbərlərin tamamilə doğru olduğu da dəqiq deyil. Tədqiqat aparılmadığı halda artım və ya azalma ilə bağlı düzgün məlumat vermək olmaz . Ötən il sosial mediada bu mövzu aktual şəkildə müzakirə edilirdi deyə belə bir təsəvvür var idi ki, intiharda artım var. Lakin illərdir ki, araşdırmalar onu göstərir ki, intiharın dinamikası eyni olaraq qalır”.

Sosioloqun fikrincə, intiharların artmasına sosial şəbəkələrdə bu tip xəbərlərə geniş yer verilməsi də təsir göstərə bilər.

“Sosial mediada intiharla bağlı xəbərlərin yayılması birbaşa olaraq bu halın artmasına gətirib çıxara biləcək bir səbəbdir. Digər ölkələrin təcrübəsinə baxsaq doğurdan da görərik ki, sosial medianın intiharla birbaşa əlaqəsi var. Media araşdırmaları göstərir ki, bir çox ölkələrdə intihar xəbərlərinin sosial mediada gündəmə çevrilməsi həmin cəmiyyətdə intihara meyillilik yaradır. Vacib məqamlardan biri də odur ki, intihar sosial mediada təfərrüatı ilə təqdim olunmamalıdır. Bunun etik tərəfləri mütləq nəzərə alınmalıdır ki, intihar cəmiyətdə təqlid edilməsin. Çünki hazırda sosial media izləyiciləri televiziya izləyicilərdən daha çoxdur. Belə olan halda sosial mediada intihar hesabatının verilməsi cəmiyyətdə qabardılaraq, şou xarakteri alması “copy cut” effekti verir.Yəni başqa birindən təsirlənərək eyni hərəkəti etmək”.



Şərh yaz