ŞOK: Azərbaycanda tanınmış meyxanaçılar həbs ediləcək - 10 İL CƏZA

ŞOK: Azərbaycanda tanınmış meyxanaçılar həbs ediləcək - 10 İL CƏZA



Son günlər ictimaiyyətin gündəmini zəbt edən bir mahnı haqı olaraq bir çox ictimai şəxsin və sıravi insanların narazılığına səbəb olub.

BakuPost xəbər verir ki, narkotik vasitələrdən birinin istifadəsinə təhrik edən bu mahnını azyaşlı qızlar və oğlanlar oxuyaraq, social şəbəkələrdə yayırlar.

Mahnıya çəkilən videolardan görünür ki, bunu oxuyan qızların əksəriyyəti məktəbli uşaqlardır.

Əslində isə bu mahnı Azərbaycanın çirkabın dibinə yuvarlanmış musiqi indüstriyasında ilk belə mahnı deyil. Buna qədər də onlarla meyxanaçı və ya repçi yüzlərə belə mahnı yazıb, gəncləri və azyaşlıları müxtəlif narkotik maddələrin istifadəsinə təhrik edib, bu vasitələri təbliğ edib. Belə mahnılarda əsasən müəyyən adlı narkotik maddənin verdiyi zövq təbliğ edilir, onun özəllikləri, istifadə qaydası və s. izah edilir.

Bəs, qanun bununla bağlı nə deyir? Məktəbli uşaqları zəhərlə tanış edən və onlara narkotik maddələri təbliğ edən bu cür ucuz meyxanalar və ya mahnıları oxuyan ifaçılarla bağlı heç bir məsuliyyət nəzərdə tutulmayıbmı?

Bakupost.az xəbər verir ki, bu mahnıları oxuyan şəxsləri Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tam 10 ilə qədər həbs gözləyir.
Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236-cı maddəsinə görə, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə şəxslər qarşısında cinayət məsuliyyəti yaradır. Maddədə deyilir:

236.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə—

— üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cazalandırılır.
236.2. Eyni hərəkətlər:

236.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə ;

236.2.2. təkrar törədildikdə;

236.2.3. bilə-bilə yetkinlik yaşına çatmayan, iki və ya daha çox şəxs barəsində törədildikdə;

236.2.4. zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə—

— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

236.3. Bu Məcəllənin 236.1 və 236.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda—

— yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

CM-in müvafiq maddələrinə nəzər yetirdikdə görürük ki, belə mahnılarım oxuyan şəxslərə 10 ilə qədər həbs cəzası düşür. Narkotik maddələrin istifadəsindən dünyasını dəyişən şəxslərin məhz bu mahnıları dinləyib zəhərə qurşandığına dair əlimizdə heç bir fakt olmadığına görə, belə mahnıların ifaçılarına 12 ilə qədər həbs cəzası ittihamı verə bilmərik. Lakin indiki halda əminliklə deyə bilərik ki, özünə ifaçı, müğənni, sənətkar deyən bu şəxslər 10 ilə qədər həbs edilməlidir və qanun bunu tələb edir.

Bu cür mahnıların yazanlar və oxuyanlar barədə heç bir tədbir görülməməyi isə heç şübhəsiz cəmiyyətdə narkotik maddələrin istifadəsinin yayılmasına səbəb olur.

Onu da qeyd edək ki, yazı hazırlanan zaman məlum oldu ki, yuxarıda qeyd olunan meyxananı yazan Vüqar Abdullayev daxili işlər orqanı əməkdaşları tərəfindən saxlanılıb.

Bu da onu deməyə əsas verir ki, bu mahnıya qədər daha öncə də belə meyxana yazan şəxsləri də eyni aqibət gözləyir.
Oxşar xəbərlər
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Mədəniyyət