Axtarış...

O da Xaləddin İsgəndərovun yolunu gedir... - Binəqədi boğaza qədər zibilin içində...

O da Xaləddin İsgəndərovun yolunu gedir... - Binəqədi boğaza qədər zibilin içində...

Bakı uzun illərdir tikinti bumundan əziyyət çəkir. Bu prosesi daha da ağırlaşdıran isə tikintini həyata keçirən şirkətlərin ətrafın təmizliyinə diqqət yetirməməsidir. Belə şirkətlər tikinti zamanı ərazini böyük lövhələrlə əhatələməklə kifayətlənirlər ki, bu da inşaat zamanı çıxan toz-torpağın ətrafa yayılmasının qarşısını almır. Əksinə, yağıntılı günlərdə yollarda palçıq, natəmizlik yaradır. Hətta bina tikilib tam təhvil verildikdən sonra belə buranın həyətyanı ərazisi uzun müddət təmizlənmir, binada yaşayış olmasına baxmayaraq, natəmizlik hökm sürür.

Bunun əziyyətini isə adətən əraziyə yaxın yerdə yerləşən sakinlər və küçələri davamlı olaraq təmizləmək məcburiyyətində qalan təmizlik işçiləri çəkir.

Axar.az-ın məlumatına görə, tikinti normativinə əsasən, binada tikinti başa çatdıqdan sonra, xüsusilə binada yaşayış başladığı müddətdə tikinti zamanı qoyulan bütün lövhələr götürülməli, təmizlik həyata keçilməli və natəmizlik aradan qaldırılmalıdır.

Lakin çox az sayda tikinti şirkətləri var ki, bu normativə əməl edir. Şirkətlər adətən binanın tikintisini başa vurduqdan sonra ətrafın abadlaşmasını illərlə yubadırlar.

Belə tikintilərdən biri də Binəqədi rayonu Abay Kunanbayev küçəsində yerləşir. Qeyd edilən ünvanda artıq 5 ildən çoxdur ki, göydələn inşa edilir. Binanın tamamlanmasına və hətta binada yaşayışın olmasına baxmayaraq, həyətyanı ərazidə heç bir təmizlik işləri həyata keçirilməyib. Tikinti zamanı qurulan lövhələrin bəzilərini külək aparsa da, bəziləri hələ də qalıb. Binanın həyəti bərbad durumdadır və havanın küləkli, yağıntılı olduğu zaman problem daha da artır. Ərazidə yaşayan sakinlər də artıq 5 ildən çoxdur davam edən bu natəmizlikdən narahatdırlar.

Sakinlərin narazılığını və şikayətini nəzərə alaraq Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratdıq. İcradan Axar.az-a bildirildi ki, məsələ onların diqqətindədir, yaxın günlərdə bununla bağlı lazımi addım atılacaq və ətraflı məlumat veriləcək.

O da Xaləddin İsgəndərovun yolunu gedir... - Binəqədi boğaza qədər zibilin içində...
O da Xaləddin İsgəndərovun yolunu gedir... - Binəqədi boğaza qədər zibilin içində...
O da Xaləddin İsgəndərovun yolunu gedir... - Binəqədi boğaza qədər zibilin içində...


Daha çox xəbər

Şərh yaz