Axtarış...

Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni üzvlər seçilib

Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni üzvlər seçilib

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.

“Report” MDM-ə istinadən xəbər verir ki, iclasda MŞ-ya yeni üzvlər seçilib.

Bunlardan biri “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Tələt Əli oğlu Kalayevdir. O, MDM-in rəhbərliyində ötən ay öz təşəbbüsü ilə MŞ-nın üzvlüyündən azad edilmiş Orxan İbrahim oğlu Bağırovu əvəz edib.

Bundan başqa, iclasda MY-ya müstəqil üzv də seçilib. Bu isə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun maliyyə direktoru Orxan Ələkbər oğlu Məmmədovdur.

Xatırladaq ki, MDM-in MŞ-sı 5 nəfərdən ibarətdir. Onun tərkibinə Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi, MDM-in üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir.


Daha çox xəbər

Şərh yaz