“Caspian Plaza”da sahibkarlara divan tutulur? - Qafar Dəmirçinini “müəllim” problemi

“Caspian Plaza”da sahibkarlara divan tutulur? - Qafar Dəmirçinini “müəllim” problemi

“Caspian Plaza” Biznes Mərkəzinin yeni sahibi Qafar Dəmirçi idarəçilikdə “Cəngəllik qanunları”na əsaslanır.

Millitv.az Yenicag.az a istrinadən xəbər verir ki, Bakının nüfuzlu Biznes Mərkəzlərindən olan “Caspian Plaza”nın yeni sahibi Qafar Dəmirçinin binada qərarlaşan icarədarlarla qanundankənar davranışları ilə bağlı şikayətlər artmaqdadır.

Məlumata görə, Mərkəzin rəhbərliyinə gətirildikdən qısa müddət sonra tabeliyindəki şəxslər tərəfindən ona “müəllim” yox, yalnız “bəy” deyə müraciət olunmasını tələb edən Qafar Dəmirçi bu “qayda”nı pozanları sərt şəkildə cəzalandırır.

İşçiləri ilə yolverilməz davranışları dözülməz həddə çatan Dəmirçi “Caspian Plaza”dakı icarədarlarla da yola getmir.

Bildirilir ki, 1986-cı ildə anadan olmuş Qafar Dəmirçi istədiyi icarədarı müqavilə müddəti bitmədən “Caspian Plaza”dan çıxarmaq “praktika”sını tətbiq etməkdədir. O, hətta neçə illər ərzində “Caspian Plaza”da fəaliyyət göstərən müxtəlif təşkilatlar üçün də heç bir istisna tanımır. Onun tələbi ilə məkanı tərk etməkdən boyun qaçıranlar üçünsə icarə haqqını əsassız olaraq artırır.

Müqavilənin pozulmasının səbəblərini öyrənmək istəyənlərə isə Qafar Dəmirçinin tək bir cavabı var: “Ürəyim belə istəyir”. Gənc sahibkarın bu kaprizlərinin daha nə qədər davam edəcəyini isə özündən başqa heç kim bilmir…

Məsələ ilə bağlı adı çəkilən şəxsin və şirkətin mövqəyini də yayımlamağa hazırıq.
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət